19:30 19 Noyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0266
  • EUR1.8828
Akademik Vasim Məmmədəliyev

Vasim Məmmədəliyev dünyasını dəyişdi

© REPORT
CƏMİYYƏT
Qısa URL
152 0 0

Vasim Məmmədəliyev akademik Ziya Bünyadov ilə birgə “Qurani Kərim”i ilk dəfə Azərbaycan dilinə tərcümə edib

BAKI, 13 oktyabr – Sputnik. Azərbaycanın şərqşünas-alimi, Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsinin dekanı, BDU-nun ərəb filologiyası kafedrasının müdiri, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Qafqaz Müsəlmanları İdarəsi Elmi-Dini Şuranın sədri Vasim Məmmədəliyev dünyasını dəyişib.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə mərhumun yaxınları bildiriblər. Bildirildiyinə görə, görkəmli alim uzun müddətdir xəstəlikdən əziyyət çəkirmiş.

Qeyd edək ki, Vasim Məmmədəliyev 1942-ci ildə Bakıda həkim ailəsində anadan olub. 1964-cü ildə BDU- nun Şərqşünaslıq fakültəsini bitirib.

Vasim Məmmədəliyev 1992-ci ildə respublikanın əməkdar elm xadimi fəxri adina layiq görülüb. 2002-ci ildə şöhrət ordeni ilə təltif edilib, 2007-ci ildə milli elmlər akademiyasinin akademiki seçilib.

Vasim Məmmədəliyev akademik Ziya Bünyadov ilə birgə “Qurani Kərim”i ilk dəfə Azərbaycan dilinə tərcümə edib.

Allah rəhmət eləsin!

Əsas mövzular