CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Diqqət: Bakı-Sumqayıt yolunda hərəkət məhdudlaşdırılıb

© Photo : AAY DA mətbuat xidmətiBakı-Sumqayıt yolunda təmir işləri, arxiv şəkli
Bakı-Sumqayıt yolunda təmir işləri, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Bakı-Sumqayıt yolunun üzü Sumqayıt istiqamətində 10.5 -ci kilometrindən 11.5 -ci kilometrinədək olan ərazidə bu gündən etibarən təmir işləri aparıldığı üçün avtomobillərin hərəkəti qismən məhdudlaşdırılıb

BAKI, 13 oktyabr – Sputnik. Bakı-Sumqayıt yolunda kommunikasiya xətlərinin dəyişdirilməsinə görə avtomobillər üçün hərəkət qismən məhdudlaşdırılıb.

İlham Əliyev Bakı Nəqliyyat Agentliyinin “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzinin açılışında iştirak edib - Sputnik Azərbaycan
CƏMİYYƏT
Metro ilə Mübadilə Mərkəzi arasında örtüklü yol çəkiləcək

Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə APA-ya Baş Dövlət Yol Polisi idarəsinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Rüfət Quliyev məlumat verib.

Onun sözlərinə görə, Bakı-Sumqayıt yolunun üzü Sumqayıt istiqamətində 10.5 -ci kilometrindən 11.5 -ci kilometrinədək (Xırdalan dairəsindən Masazır dairəsi istiqmətində) olan ərazidə bu gündən etibarən təmir işləri aparıldığı üçün avtomobillərin hərəkəti qismən məhdudlaşdırılıb. Təmir işləri bir neçə gün davam edəcək.

Sürücülərə alternativ yollardan istifadə etmələri tövsiyə olunur.

Xəbər lenti
0