CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bir gün ərzində otuz üç cinayətkar yaxalandı

© Sputnik / Rahim MuradovNövbətçi hissənin avtomobili
Növbətçi hissənin avtomobili - Sputnik Azərbaycan
Abunə olmaq
Əvvəlki dövrlərdən bağlı qalmış 7 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 17 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 4 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib

BAKI, 12 oktyabr — Sputnik. Oktyabr ayının 10 günündə axtarışda olduğuna görə 123 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Ayın 1-dən 10-dək cinayət törətməkdə şübhəli bilinən 286 nəfər saxlanılıb. DİN-in Mətbuat Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, 2019-cu il oktyabr ayının 11-dən 12-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat açıqlanıb.

Respublikanın daxili işlər orqanları tərəfindən, gün ərzində törədilmiş 24 cinayətin üstü "isti izlər"lə açılıb. Əvvəlki dövrlərdən bağlı qalmış 7 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 17 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 4 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 13, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 33 nəfər saxlanılıb.

Xəbər lenti
0