05:30 23 Oktyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0267
  • EUR1.8961
Bağça

Valideynlər diqqətli olsun: Bağçalarla bağlı yenilik gəlir

© Official website of President of Azerbaijan Republic
CƏMİYYƏT
Qısa URL
3394 0 0

Bakı Şəhər İcra Hakimiyyətinin Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsi elektron sistemin yaradılması üçün "Evrodizayn" QSC-ə 399 min 900 manat ödəyəcək

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 12 oktyabr — Sputnik. Bakıda körpələr evi-uşaq bağçaları, uşaq bağçalarında uşaqların qəbulu elektron qaydada həyata keçiriləcək. Sputnik Azərbaycan-ın məlumatına görə, Bakı Şəhər İcra Hakimiyyətinin Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsi bununla bağlı elektron sistemin yaradılması üçün tender elan edib. Tenderin qalibi "Evrodizayn" QSC olub. Bağlanmış müqaviləyə əsasən, Bakı Şəhər İcra Hakimiyyətinin Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsi elektron sistemin yaradılması üçün "Evrodizayn" QSC-ə 399 min 900 manat ödəyəcək.

Bu barədə Sputnik Azərbaycan-a açıqlama verən Meriyanın mətbuat katibi İsrafil Kərimov bildirib ki, bağçalara qəbulun elektronlaşması qəbulla bağlı bir sıra narazılıqları aradan qaldıracaq: "Bu sistem yaradıldıqdan sonra Bakıda dövlətin balansında olan bütün məktəbəqədər təhsil müəssisələrində qrupların sayı, hər qrupda neçə uşağa yer olduğu sistemdə əks olunacaq. Daha hansısa bağça müdiri valideynə əsassız olaraq bağçada uşağa yer olmadığını deyə bilməyəcək. Çünki, sistemdə bağçada olan uşaq yeri və tərbiyə alan uşaqların faktiki sayı göstəriləcək".

Əsas mövzular