05:23 23 Oktyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0267
  • EUR1.8961
Balıq, arxiv foto

"Süfrələrdə yemək üçün balıq tapılmır..."

CC0 / Elle Hughes / Fish
CƏMİYYƏT
Qısa URL
15 0 0

Biz bu sahədə müəyyən işlər görməli, balıq məhsullarından istifadənin miqdarının artırılmasına çalışmalıyıq

BAKI, 11 oktyabr — Sputnik. "Azərbaycan xalqı balıqsevən xalq olsa da, süfrələrdə yemək üçün balıq tapılmır".

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyində (ETSN) keçirilən tədbirdə nazirliyin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin direktoru Hikmət Əlizadə deyib.

O qeyd edib ki, Azərbaycanda il ərzində adambaşına düşən balıq məhsullarından istifadə çəkisi 3-4 kq təşkil edir: "Halbuki bu göstərici dünyanın bir sıra ölkələrində 20 kq, Asiya ölkələrində isə hətta 40 kq təşkil edir. Biz bu sahədə müəyyən işlər görməli, balıq məhsullarından istifadənin miqdarının artırılmasına çalışmalıyıq".

Əsas mövzular