05:30 23 Oktyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0267
  • EUR1.8961
Sədərək ticarət mərkəzi, arxiv şəkli

"Sədərək"dəki söküntü müəmması - nazirlik oraya da gedib çıxdı

© Sputnik / Fuad Hasanov
CƏMİYYƏT
Qısa URL
94320

Söküntü işləri ticarət mərkəzinin şərti olaraq "Birinci ərazi" adlandırılan hissəsində aparılıb. Bu, Sədərək ticarət mərkəzinin köçürüləcəyi barədə söz-söhbətlərin yayılmasına da səbəb olub

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 11 oktyabr — Sputnik. Son günlər gündəmdə olan məsələlərdən biri də tez-tez yanğınların baş verdiyi, Qaradağ rayonu ərazisində yerləşən "Sədərək" ticarət mərkəzində söküntü işlərinin aparılmasıdır. 

Məlumatlara görə, söküntü işləri ticarət mərkəzinin şərti olaraq "Birinci ərazi" adlandırılan hissəsində aparılıb. Bu, Sədərək ticarət mərkəzinin köçürüləcəyi barədə söz-söhbətlərin yayılmasına da səbəb olub. Yayılan xəbərlərdə hətta "Sədərək" ticarət mərkəzindəki mağazalarda nəzarət-kassa aparatlarının qoyulması tələb olunduğu üçün söküldüyünə dair iddialar da var. Məlumatlarda bildirilir ki, nəzarət-kassa aparatlarının qoyulması ticarət mərkəzindəki mağaza sahiblərinə sərf etmədiyindən, üstəlik, icarə haqqı aşağı salınmadığından sahibkarlar müqavilələrə xitam verirlər.

Sputnik Azərbaycan-ın əməkdaşı məlumatları dəqiqləşdirmək üçün "Sədərək" Ticarət Mərkəzi ilə əlaqə saxlayıb. Bildiriblər ki, "Sədərək" Ticarət Mərkəzinin köçürülməsi xəbəri doğru deyil. Ticarət Mərkəzində söküntünün aparılması isə həmin ərazidə yenidənqurma işləri ilə bağlıdır. "Sədərək" Ticarət Mərkəzindən buradakı mağazalara şəffaflıq üçün kassa aparatlarının qoyulması məsələsi ilə bağlı isə açıqlama vermək istəmədilər.

"Sədərək" ticarət mərkəzində yanğın baş verib>>

Vergilər Nazirliyinin mətbuat katibi Şahin Məmmədov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Vergilər Nazirliyi yanında Bakı şəhəri Kiçik Sahibkarlıqla İş Departamenti tərəfindən "Binə" və "Sədərək" ticarət mərkəzlərində yerləşən təsərrüfat subyektlərində nəzarət-kassa aparatlarının quraşdırılması və ciddi hesabat blanklarının tətbiqi məqsədilə qanunvericilikdə nəzərdə tutulmuş zəruri tədbirlər görülür. Departament tərəfindən müntəzəm olaraq vergi ödəyicilərinin məlumatlandırılması prosesi aparılmaqla nəzarət-kassa aparatlarının quraşdırılmasına hazırlıq işləri həyata keçirilir.

Qeyd edək ki, "Sədərək" Ticarət Mərkəzi 1995-ci ildən Binə qəsəbəsi yaxınlığında fəaliyyətə başlayıb, sonradan şəhərdə aparılan tikinti və abadlaşdırma işləri ilə əlaqədar 2009-cu ilin aprel ayında Lökbatan qəsəbəsinə köçürülüb.

Əlaqədar

Yeni-köhnə qayğılar başlayıb: "Sədərək"də və "28 May" ətrafında ajiotaj yaşanır
“Sədərək” Ticarət Mərkəzindəki yanğında zəhərlənənlərin ADLARI
"Sədərək"də kütləvi dava: qadının belini sındırdılar

Əsas mövzular