CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Əhalinin bir hissəsi siyahıya alınmadı - Statistika Komitəsi bunun səbəbini necə izah edir

© Sputnik / Murad OrujovМолодежь прогуливается по Бакинскому приморскому бульвару
Молодежь прогуливается по Бакинскому приморскому бульвару - Sputnik Azərbaycan
Abunə olmaq
Əhalinin bəzi hissəsinin siyahıya alınmamasının səbəbini öyrənməyə çalışsaq da, Statistika Komitəsindən suallara cavab kimi sadəcə olaraq bildirilib ki, konkret fakt varsa, bu haqda "Qaynar xətt"ə məlumat versinlər

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 11 oktyabr — Sputnik. Hər 10 ildən bir Azərbaycanda əhalinin siyahıya alınması keçirilir. Bu il oktyabrın 1-dən etibarən əhalinin siyahıya alınmasına başlanılıb və ötən gün bu prosesin ilkin mərhələsi yekunlaşıb. Siyahıya alınma ilə bağlı son vəziyyət haqda Dövlət Statistika Komitəsinin məlumatında qeyd olunur ki, sayıcılar vətəndaşların ünvanlarına getmələrinə baxmayaraq, ev təsərrüfatının başçısı və ya üzvləri ilə görüşə bilmirlər.

Dövlət Statistika Komitəsinin mətbuat katibi Elməddin Quliyev - Sputnik Azərbaycan
Elməddin Quliyev: "Əhalinin siyahıyaalma prosesində yenilik tətbiq ediləcək"

Bildirilir ki, belə olan halda siyahıyaalmanın aparılması qaydalarına uyğun olaraq, əvvəlcədən müəyyənləşdirildiyi kimi, sayıcılar tərəfindən həmin şəxslər üçün "Evdə çətin tapılan şəxslərə məktub" adlı sənəd tərtib edilir və ev təsərrüfatının yaşadığı ünvan üzrə giriş qapısına bərkidilir. Həmin bildirişdə qeyd olunan ünvanda sorğunun keçirilməsi üçün münasib vaxtın təyin edilməsi və sayıcı ilə əlaqə saxlanılıb bu barədə məlumat verilməsi xahiş edilir.

Lakin əhalinin bir hissəsi, hətta işsiz təbəqə, gününü evdə keçirən təaqüdçülər belə onların qapılarının döyülmədiyini, siyahıya alınmadıqlarını bildirirlər. Əhalinin işlək təbəqəsi isə evdə olmadıqlarına görə onların qapılarına heç bir bildiriş kağızının qoyulmadığını bildiriblər.

Bəzi sakinlər isə onlara mobil və stasionar telefonla zəng edildiyini, sadəcə olaraq ad, soyad, ata adı və təvəllüdlə bağlı sualların verildiyini bildiriblər. Siyahıyaalma ilə bağlı anketdə 28 sual olsa da, həmkarımız Zülfiyyə Quluyevadan da sadəcə olaraq bu suallara cavab alınıb. Bu məlumatları almaq üçün onun mobil nömrəsinə zəng edilib:

"Bizi zəng edərək siyahıya aldılar. Bunun da səbəbini belə izah etdilər ki, axşam vaxtı sizi narahat etmək istəmirik. Biz isə heç bir narahatlığın olmadığını deyərək onları evə dəvət etdik. Lakin qapımızı döyən olmadı".

"Övladlarımın təhsil alıb-almadığı haqda da soruşmadılar", - deyə o əlavə edib.

Vətəndaşlar siyahıya alınmaq üçün sayıcıları evə dəvət etdiklərini, onların isə bundan imtina etdiyini bildiriblər.

İlham Əliyev ölkəmizdə keçirilən növbəti siyahıyaalınmada iştirak edərək siyahıyaalınma və sorğu vərəqələrinin suallarını cavablandırıb - Sputnik Azərbaycan
SİYASƏT
Prezident İlham Əliyev siyahıyaalınmada iştirak edib

Bakının bəzi ərazilərində hətta müxtəlif binalarda bu prosesin həyata keçirilməməsinin səbəbi ilə bağlı Dövlət Statistika Komitəsinin mətbuat katibi Elməddin Quliyev Sputnik Azərbaycan-a açıqlamasında sadəcə olaraq bunları deyib: "Bütün bunlar iddiadır. Kiminsə konkret faktı varsa, desin, bizim "Qaynar xətt"ə (510 07 89; 539 54 44; 539 80 44) müraciət etsinlər, biz də bunu araşdıraq. Sayıcılar həmin ünvana gələrək siyahıyaalmanı həyata keçirsinlər".

Telefonla siyahıyaalınmanın düzgün olub-olmaması sualına cavab olaraq isə E.Quliyev bildirib ki, belə bir addımın atılması əhalinin siyahıya alınması ilə bağlı qaydalara ziddir:

"Bununla bağlı konkret fakt varsa, bu zaman yenə də bizim "Qaynar xətt"ə zəng edib məlumat versinlər".

Qeyd edək ki, siyahıyaalma üçün oktyabrın 10-u son gün olsa da, bu günlərin sayı bir qədər də artırılıb. Oktyabrın 15-dək evdə tapılmayan şəxslərin ünvanlarına bir daha baş çəkiləcək.

Xəbər lenti
0