05:30 23 Oktyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0267
  • EUR1.8961
Baş prokurorun birinci müavini Rüstəm Usubov

Rüstəm Usubovdan ciddi xəbərdarlıq

© REPORT
CƏMİYYƏT
Qısa URL
35 0 0

"Seçkilər mühüm əhəmiyyətli siyasi tədbir olaraq ölkədə demokratiyanın başlıca göstəricisi və xalqın iradəsinin qanuni formasının ifadəsidir"

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 11 oktyabr - Sputnik. "Seçkilərlə bağlı Mərkəzi Seçki Komissiyasından prokurorluq orqanlarına daxil olan müraciətlərə çox ciddi yanaşılır"

Sputnik Azərbaycan xəbər verir ki, bunu Baş Prokurorun birinci müavini Rüstəm Usubov dairə seçki komissiyalarının sədrləri üçün keçirilən seminar-müşavirədə deyib.

O vurğulayıb ki, bələdiyyə seçkiləri ölkəmiz üçün mühüm əhəmiyyətə malikdir: "Arzu edirəm ki, bələdiyyə seçkilərini uğurla keçirək, çünki bu, əhəmiyyətli tədbirdir. Bələdiyyə seçkiləri ölkəmiz üçün mühüm və əlamətdar bir hadisədir. Bu seçkilərdə hər birimiz aktiv şəkildə iştirak etməliyik. Həmişə olduğu kimi, seçki qanunvericiliyini qorumalıyıq. İnanıram ki, seçkini yüksək səviyyədə keçirəcəyik. Cəmiyyətin tərəqqi və inkişaf yolu demokratik seçkilərdən keçir. Seçkilər mühüm əhəmiyyətli siyasi tədbir olaraq ölkədə demokratiyanın başlıca göstəricisi və xalqın iradəsinin qanuni formasının ifadəsidir”.

Rüstəm Usubov qeyd edib ki, son dövrlər bələdiyyələrin statuslarında ciddi dəyişikliklər baş verir və onlara əlavə səlahiyyətlər verilir.

Baş Prokurorun birinci müavini xüsusilə vurğulayıb ki, seçki prosesinə müdaxilə edən şəxslər Cinayət və İnzibati Xətalar məcəllələrinə uyğun olaraq məsuliyyətə cəlb ediləcəklər. 

Əlaqədar

Rafael Cəbrayılovla bağlı MSK-ya müraciət edildi
Azərbaycanda yeni seçki məntəqələri yaradılır

Əsas mövzular