12:31 23 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
28410

Tərəflər arasında Aviasiya sazişinin imzalanması prosesindən danışan Yankauskas qeyd edib ki, Aİ Azərbaycan tərəfindən "Açıq səma" sazişi üzrə son texniki təklifləri gözləyir

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 11 oktyabr - Sputnik. Noyabrda Avropa İttifaqı ilə Azərbaycan arasında viza rejiminin sadələşdirilməsi üzrə müzakirələr aparılacaq.

Sputnik Azərbaycan  xəbər verir ki, bu barədə Avropa İttifaqının Bakıdakı nümayəndəliyinin rəhbəri, səfir Kestutis Yankauskas bildirib.

O qeyd edib ki, vizanın sadələşdirilməsi üzrə birgə komitənin iclası Bakıda keçiriləcək. İclasda qeyd edilən mövzu ilə bağlı bir sıra məsələlər nəzərdən keçiriləcək.

Tərəflər arasında Aviasiya sazişinin imzalanması prosesindən danışan Yankauskas qeyd edib ki, Aİ Azərbaycan tərəfindən "Açıq səma" sazişi üzrə son texniki təklifləri gözləyir: "Bundan sonra danışıqların son raundu keçiriləcək və nəticədə saziş imzalanacaq".

“Açıq səma” sazişinin mahiyyəti Azərbaycan və Aİ ölkələri arasında hava əlaqəsinin (sərnişin və yük daşımaları) sadələşdirilməsindən ibarətdir.

Əlaqədar

Azərbaycanda viza verilməsi qaydaları dəyişdi
Türkiyə və Rusiya arasında viza rejimi tam ləğv olunur
ABŞ Rusiya vətəndaşları üçün viza qiymətini bahalaşdırdı
Azərbaycandan sonra Putindən də viza qərarı
Türkiyə ilə viza rejiminin ləğvi bizə nə qazandıracaq

Əsas mövzular