03:36 20 Oktyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0265
  • EUR1.8907
Qafqaz Canişin sarayı və ya Vorontsov sarayı kimi tanınan bina

Cümhuriyyətin yüz illik fotoları ilk dəfə nümayiş olunacaq

© Sputnik / Kamal Almuradlı
CƏMİYYƏT
Qısa URL
16 0 0

1918-1920-ci illəri əhatə edəcək unikal fotolar ilk dəfə olaraq sərgilənəcək. Azərbaycan Cümhuriyyətinə də aid olan fotolar gələn il muzeyə təqdim olunacaq

Kamal Almuradlı, Sputnik Azərbaycan

BAKI, 10 oktyabr — Sputnik. Gürcüstanın paytaxtı Tbilisidə yerləşən Milli Muzeydə arxiv fotoları nümayiş olunacaq. Sputnik Azərbaycan xəbər verir ki, muzey bununla bağlı Gürcüstan arxiv idarəsinə müraciət edəcək.

1918-1920-ci illəri əhatə edəcək unikal fotolar ilk dəfə olaraq sərgilənəcək. Azərbaycan Cümhuriyyətinə də aid olan fotolar gələn il muzeyə təqdim olunacaq.

Qeyd edək ki, 1918-ci il 28 may tarixində Azərbaycanın 6 bənddən ibarət "Milli İstiqlal Bəyannaməsi" hal-hazırda muzey kimi fəaliyyət göstərən bu binada imzalanıb. Azərbaycan Milli Şurasının ikinci (1918-ci il 29 may), üçüncü (1918-ci il 1 iyun) iclaslarının protokolları da həmin dövrdə Qafqaz Canişin sarayı adlanan binada yazılıb. 1918-ci il iyunun 16-na qədər, yəni Gəncəyə köçənə kimi Azərbaycan hökumətinin üzvləri də bu binada yerləşiblər.

Əsas mövzular