CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Azəriqaz" həm qazlaşdırır, həm də qazı kəsir

© Sputnik / Anar MustafayevQaz ventili, arxiv şəkli
Qaz ventili, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Həmin vaxt Ağcabədi şəhəri, bir neçə kənd və qəsəbədə qaz təchizatı müvəqqəti olaraq dayandırılacaq.

BAKI, 10 oktyabr — Sputnik. Bu gün saat 10:00-dan Samux rayonunun 4 yaşayış məntəqəsinin qaz təminatında fasilələr olacaq.

Bərdə rayonunun girişi - Sputnik Azərbaycan
CƏMİYYƏT
"Azərenerji" vətəndaşın pozulmuş hüququnu bərpa edib

"Azəriqaz" İstehsalat Birliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, bu müddət ərzində “Samux Əhali” ölçü qovşağından qidalanan qaz xətlərində texniki baxış zamanı aşkar olunmuş qaz sızmalarının ləğvi və yeni çəkilmiş qaz xətlərinin qaz təchizatı mənbəyinə birləşdirilməsi ilə bağlı işlər icra olunacaq.

Bundan başqa, "Azəriqaz" İB-dən verilən digər məlumatda Ağcabədidə "ASAN Həyat" kompleksinin qazlaşdırılması ilə bağlı görülən işlər haqda informasiya verilib. Qeyd olunub ki, bu gün, saat 14:00-dan etibarən Ağcabədi şəhəri, Ü.Hacıbəyli prospektində yerləşən “Asan Həyat” kompleksinin qazanxanasının qazlaşdırılması məqsədilə yeni çəkilmiş orta təzyiqli qaz xəttinin qaz təchizatı mənbəyinə birləşdirilməsi işləri görüləcək. Həmin vaxt Ağcabədi şəhəri, bir neçə kənd və qəsəbədə qaz təchizatı müvəqqəti olaraq dayandırılacaq.

Xəbər lenti
0