CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ora dərdlə gələnlər şəfa tapıb gedirlər – On iki xəstəliyin dərmanı olan bulaq

© Sputnik / Evgeniya Novozhenina / Mediabanka keçidРодник, фото из архива
Родник, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Bakir Nəbiyev adlı sahibkar deyir ki, Yanar su tərkibinə görə Yessentuki, Borjomi mineral suları ilə müqayisə oluna bilər

Musa Muradlı, Sputnik Azərbaycan

BAKI, 9 oktyabr — Sputnik. Bərdədə müalicəvi əhəmiyyətə malik bir neçə su mənbəyi mövcuddur. Muğanlı suyu böyrəklərin daşdan təmizlənməsinə, İsti su oynaq ağrılarının müalicəsinə kömək edir. Haqqında danışmaq istədiyimiz Yanar su isə bir neçə dərdin dərmanıdır.

Sputnik Azərbaycan-ın bölgə müxbiri Bərdə rayonunun Zümürxan kəndindəki Yanar su bulağında olaraq ətraflı məlumat əldə etməyə çalışıb. Məlum olub ki, bölgədə neft emalı məqsədilə axtarış-qazma işləri aparılıb. Hətta Tərtər rayonu ərazisində neft də tapılıb və bir müddət həmin neft çıxarılıb.

© Sputnik / Musa MuradliBərdə rayonunun Zümürxan kəndindəki Yanar su bulağı
Ora dərdlə gələnlər şəfa tapıb gedirlər – On iki xəstəliyin dərmanı olan bulaq - Sputnik Azərbaycan
Bərdə rayonunun Zümürxan kəndindəki Yanar su bulağı

“Ötən əsrin 50-ci illərində Bərdə-Tərtər bölgəsində neft əldə etmək məqsədilə geoloji kəşfiyyat işləri aparılıb. Bunun üçün bir neçə quyu da qazılıb, istifadəyə də verilib. Bir müddət Tərtərdə neft emalı həyata keçirilib. Ancaq o vaxtlar Moskvadan gələn “Pravda” qəzetinin müxbiri buradan bir yazı hazırlayaraq çıxarılan neftin iqtisadi baxımdan səmərəli olmadığını bildirib. Yəni, çəkilən xərcin əldə edilən gəlirə uyğun olmadığını iddia edib. Bununla da İttifaq rəhbərliyindən istismarın dayandırılması barədə qərar gəlib. Ancaq istismarın dayandırılmasına baxmayaraq, yerdən öz gücünə xam neft çıxırdı. Hətta yerli sakinlər traktorlara həmin neftdən töküb, işlədirdilər. 1992-1993-cü illərdə yaranan böhran vaxtı həmin neftdən istifadə halı daha geniş yayılmışdı. Bir çox çörəkbişirmə sexlərində də həmin xam neftdən mazut kimi istifadə edirdilər. Sonralar həmin quyuları betonlamaqla neftin çıxmasının qarşısını aldılar”, – deyə Bakir Nəbiyev bildirib.

HAŞİYƏ: Bakir Nəbiyev Yanar su bulağını sahibkar kimi işlədir. Qeyd edək ki, əvvəllər Yanar su bulağı baxımsız vəziyyətdə olub. Bura üz tutanlar çimən zaman yad gözlərdən gizlənmək üçün özlərinə parçadan yer düzəldirmişlər. Ancaq indi burada bulağın şəfalı suyundan bəhrələnmək üçün azacıq da olsa şərait yaradılıb. Çimmək üçün ətrafı bağlı çarhovuzlar gələn hər kəs üçün rahatlıqla vanna qəbul etməyə imkan verir. Bakir Nəbiyev həmin ərazini təmir etdirərək, istifadə üçün yararlı hala gətirib. 

© Sputnik / Musa MuradliBərdə rayonunun Zümürxan kəndindəki Yanar su bulağı
Ora dərdlə gələnlər şəfa tapıb gedirlər – On iki xəstəliyin dərmanı olan bulaq - Sputnik Azərbaycan
Bərdə rayonunun Zümürxan kəndindəki Yanar su bulağı

Onun sözlərinə görə, Bərdə ərazisində də bir neçə yerdə axtarış qazma işləri həyata keçirilib. Neft çıxmasa da faydalı termal sulara rast gəlinib.

“Bərdədə üç termal su mənbəyi mövcuddur. Biri Bərdə şəhəri ərazisindəki İsti su, digəri Muğanlı kəndindəki eyni adlı mənbədir. Üçüncüsü isə Zümürxan kəndi ərazisindəki bizim istifadə etdiyimiz Yanar sudur. O vaxt burada qazılan quyunu başa çatdırana yaxın yerin dərinliyində istidən qazma borusu əyilib. Qazmaçılar ağır şəraitə görə işi davam etdirə bilməyiblər. Buna baxmayaraq, qaynar su çıxmağa başlayıb. Tərkibini yoxlayanda isə mineral mənşəyi və müalicəvi əhəmiyyəti aşkar edilib. Bərdə şəhərindəki İsti suyun tərkibi natrium xlorla zəngindir. Yanar suyun tərkibində isə əsas üstünlüyü yod brom təşkil edir. Yanar su tərkibinə görə Yessentuki, Borjomi mineral suları ilə müqayisə oluna bilər”, – deyə Bakir Nəbiyev vurğulayıb.

© Sputnik / Musa MuradliBərdə rayonunun Zümürxan kəndindəki Yanar su bulağı
Ora dərdlə gələnlər şəfa tapıb gedirlər – On iki xəstəliyin dərmanı olan bulaq - Sputnik Azərbaycan
Bərdə rayonunun Zümürxan kəndindəki Yanar su bulağı

Bu suyun müalicəvi əhəmiyyəti haqqında danışan sahibkar bir çox xəstəliklərdən əziyyət çəkənlərin bura üz tutduğunu bildirib: “Yanar suyun çarhovuzlarında çimmək ilk öncə əsəbləri sakitləşdirir. Eyni zamanda, əsəblə bağlı yaranan allergiya xassəli yaranmış yaraları təmizləyir. Sınıq olarsa, onun bitişməsini sürətləndirir. Xaş yemək sınığın sağalmasına yardımçı olduğu kimi, bu bulağın suyunda çimmək də o qədər kömək göstərmiş olur. Ümumilikdə Yanar su 12 adda dərdə dərmandır”.

Onu da qeyd edək ki, müalicəvi məkana üz tutanların da sayı az deyil. Əsasən yay aylarında gələnlər çoxluq təşkil edir. Suyun hərarəti də soyuq yox, adından göründüyü kimi istidir. Bunu Yanar suya əl vuranda da hiss edilir. Su əli yandırmasa da, il boyu isti olaraq qalır.

Xəbər lenti
0