04:19 06 Dekabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0266
  • EUR1.8841
İsmayıllı rayon sakini Əli İmamverdiyev

Velosipedin ikinci mərtəbəsindən salamlar - FOTO

© Sputnik / Ilham Ahmadov
CƏMİYYƏT
Qısa URL
Perpetuum mobile (16)
9440

İxtiraçı gələcəkdə velosipedə sürət qutusu qoyacağını və digər yeniliklər etmək istədiyini də bildirir

İlham Əhmədov, Sputnik Azərbaycan

BAKI, 5 oktyabr — Sputnik. İsmayıllı rayon sakini Əli İmamverdiyev velosipedə olan marağı ilə hamıdan fərqlənir. 

İllərdir fərqli modellərdə velosipedlər toplayan gənc yenilikləri və tərzi ilə dostlarını da bu işə həvəsləndirib.

İki metr hündürlüyü olan velosipeddə rahatlıqla hərəkət edən Əli Sputnik Azərbaycan-ın bölgə müxbiri ilə söhbətində bu modelin necə başa gəldiyini belə izah etdi: "Bir gün Rusiya telekanallarından birinə baxırdım və təsadüfən velosipedlər haqda verilişə rast gəldim. Oradakı müxtəlif, qeyri-adi velosipedlər xoşuma gəldi, xəyalımda canlandırdığım modeli necə hazırlaya biləcəyim haqda fikirlər formalaşmağa başladı. Beləliklə, sabahı gündən dostlarımla götür-qoy edib işə başladım. Ümumilikdə bu velosipedin hazırlanmasına yeddi günüm getdi və məncə, əziyyətimə dəydi".

  • İsmayıllı rayon sakini Əli İmamverdiyev hazırladığı velosipedin  hündürlüyü iki metrdir
    İsmayıllı rayon sakini Əli İmamverdiyev hazırladığı velosipedin hündürlüyü iki metrdir
    © Sputnik / Ilham Ahmadov
  • İsmayıllı rayon sakini Əli İmamverdiyev hazırladığı velosiped
    İsmayıllı rayon sakini Əli İmamverdiyev hazırladığı velosiped
    © Sputnik / Ilham Ahmadov
  • İsmayıllı rayon sakini Əli İmamverdiyev hazırladığı velosiped
    İsmayıllı rayon sakini Əli İmamverdiyev hazırladığı velosiped
    © Sputnik / Ilham Ahmadov
1 / 3
© Sputnik / Ilham Ahmadov
İsmayıllı rayon sakini Əli İmamverdiyev hazırladığı velosipedin hündürlüyü iki metrdir

Əlinin velosipedinin ümumi hündürlüyü iki metrdir. Onun hazırlanmasında iki təkər, iki karkas ("rama"), üç çarx, oturacaq, pedallar və iki zəncirdən istifadə olunub.

Əlbəttə, bu hündürlükdə velosipedi görənlər marağını gizlədə bilmir və Əliyə yaxınlaşaraq onu haradan aldığını soruşurlar. Hətta bu cür velosiped üçün sifariş verənlər də var. İxtiraçı gələcəkdə velosipedə sürət qutusu qoyacağını və digər yeniliklər etmək istədiyini də bildirir.

Qeyd edək ki, dünyada ən böyük velosipedin hündürlüyü 5 m 40 sm-dir. Necə deyərlər, hər kəsin öz zövqü.

Mövzu:
Perpetuum mobile (16)

Əlaqədar

İki təkər üstündəkiləri "təkərə salanlar" - Barselona deyilik ki...
"Bakıda sürücülər velosiped sürənlərə öyrəşməyiblər"
Paytaxtda velosiped həvəskarları üçün xüsusi imkanlar yaradılacaq
Paytaxtda nəhəng velosiped yolu çəkilir
Teqlər:
İsmayıllı, qeyri-adi, ixtiraçı, ixtira, velosipedçi, velosiped

Əsas mövzular