CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda yolun ortasında anlaşılmaz rəqs – VİDEO

© Sputnik / Anar MustafayevДевушка на пешеходном переходе в Баку
Девушка на пешеходном переходе в Баку - Sputnik Azərbaycan
Abunə olmaq
Onların bu addımı sosial şəbəkə istifadəçiləri arasında maraqla qarşılansa da, gəncləri qınayanlar da olub

BAKI, 1 oktyabr — Sputnik. Bakıda bir qrup gənc anlaşılmaz addım atıb. Sputnik Azərbaycan xəbər verir ki, işıqforda maşınlar üçün qırmızı işıq yanan zaman piyada zolağına çıxan gənclər gözlənilmədən əl-ələ verərək yallı rəqsini ifa ediblər.

Videodan göründüyü kimi gənclərin bu fləşmobu Bakının mərkəzində, Sahil metrosunun yaxınlığında baş tutub. Onların bu addımı sosial şəbəkə istifadəçiləri arasında maraqla qarşılansa da, gəncləri qınayanlar da olub.

Qeyd edək ki, Azərbaycanda ilk dəfə "Kitab oxuyaq" adı altında fləşmob aksiyası 25 iyul 2009-cu ildə Bakı şəhərində baş tutub. Daha sonra Bakıda fləşmob hərəkatı – "FLASHMOB Azerbaijan" yaradılıb.

Xəbər lenti
0