CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Avrasiya xalqlarının nümayəndələri Bakıda bir arada: "Hər şey bir-birinə bağlıdır"

© Sputnik / Murad OrujovВид на Ичеришехер в Баку
Вид на Ичеришехер в Баку - Sputnik Azərbaycan
Abunə olmaq
"Belə bir təşkilatın bir parçası olduğumuza görə qürur duyuruq. Təşkilatçılığa görə isə Azərbaycan tərəfinə təşəkkür etmək istəyirəm"

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 30 sentyabr — Sputnik. "Avrasiya Xalqları Assambleyası təşkilatının məqsədi dostluq və əməkdaşlıq ideyasının yayılması, milliyyətindən və inancından asılı olmayaraq Avrasiya xalqlarını bir araya gətirməkdir".

Bunu Sputnik Azərbaycan multimedia mətbuat mərkəzində Avrasiya Xalqları Assambleyası Günlərinə həsr olunan mətbuat konfransında təşkilatın icraçı katibinin birinci müavini Svetlana Smirnova bildirib.

O qeyd edib ki, Avrasiya regionunda 105 ölkə var və təşkilat bu ölkələrin hamısı ilə işləyir:

© Sputnik / Murad OrujovAvrasiya Xalqları Assambleyası Günlərinə həsr olunan mətbuat konfransı
Avrasiya xalqlarının nümayəndələri Bakıda bir arada: Hər şey bir-birinə bağlıdır - Sputnik Azərbaycan
Avrasiya Xalqları Assambleyası Günlərinə həsr olunan mətbuat konfransı

 "Hazırda təşkilatda 44 ölkədən nümayəndə var. Avrasiya Xalqları Assambleyası təşkilatının məqsədi dostluq və əməkdaşlıq ideyasının yayılması, milliyyətindən və inancından asılı olmayaraq Avrasiya xalqlarını bir araya gətirməkdir. Biz hər şeyin bir-biri ilə bağlı olduğu vahid materikdə yaşayırıq".

© Sputnik / Murad OrujovAvrasiya Xalqları Assambleyası Günlərinə həsr olunan mətbuat konfransında təşkilatın icraçı katibinin birinci müavini Svetlana Smirnova
Avrasiya xalqlarının nümayəndələri Bakıda bir arada: Hər şey bir-birinə bağlıdır - Sputnik Azərbaycan
Avrasiya Xalqları Assambleyası Günlərinə həsr olunan mətbuat konfransında təşkilatın icraçı katibinin birinci müavini Svetlana Smirnova

Avrasiya Xalqları Assambleyası Ali Şurasının həmsədri, Franko-Rusiya dialoqu Assosiasiyasının (Fransa) vitse-prezidenti Bernar Loze isə vurğulayıb ki, bu cür tədbirlər Avrasiyadan olan insanların bir-birini daha yaxından tanımasına, əlaqələrin qurulmasına öz töhfəsini verir: "Belə bir təşkilatın bir parçası olduğumuza görə qürur duyuruq. Təşkilatçılığa görə isə Azərbaycan tərəfinə təşəkkür etmək istəyirəm".

© Sputnik / Murad OrujovAvrasiya Xalqları Assambleyası Ali Şurasının həmsədri, Franko-Rusiya dialoqu Assosiasiyasının (Fransa) vitse-prezidenti Bernar Loze
Avrasiya xalqlarının nümayəndələri Bakıda bir arada: Hər şey bir-birinə bağlıdır - Sputnik Azərbaycan
Avrasiya Xalqları Assambleyası Ali Şurasının həmsədri, Franko-Rusiya dialoqu Assosiasiyasının (Fransa) vitse-prezidenti Bernar Loze

Avrasiya Xalqları Assambleyası Ali Şurasının həmsədri, Hindistan Milli Konqresinin Milli Katibi, Siyasət və İdarəetmə Fondunun (Hindistan) Prezidenti Dalbir Sinqx qeyd edib ki, Avrasiya Xalqları Assambleyası ən geniş dialoqa və qarşılıqlı fəaliyyətə açıqdır: "Biz müxtəlif ölkələrdən müxtəlif mədəniyyətlərə və inanclara məxsus şəxsləri bir araya gətirmək istəyirik. İnsanların sülh və əmin-amanlıq şəraitində yaşaması, birgə fəaliyyət göstərməsi olduqca önəmlidir".

© Sputnik / Murad OrujovAvrasiya Xalqları Assambleyası Ali Şurasının həmsədri, Hindistan Milli Konqresinin Milli Katibi, Siyasət və İdarəetmə Fondunun (Hindistan) Prezidenti Dalbir Sinqx
Avrasiya xalqlarının nümayəndələri Bakıda bir arada: Hər şey bir-birinə bağlıdır - Sputnik Azərbaycan
Avrasiya Xalqları Assambleyası Ali Şurasının həmsədri, Hindistan Milli Konqresinin Milli Katibi, Siyasət və İdarəetmə Fondunun (Hindistan) Prezidenti Dalbir Sinqx

Rusiya ali məktəbləri məzunlarının Azərbaycan Assosiasiyasının sədri Üzeyir Əliyev isə Avrasiya məkanının Azərbaycan üçün maraqlı olduğunu, önəm kəsb etdiyini qeyd edib: "Azərbaycan bu məkana inteqrasiya olub. Bu Assambleya Azərbaycan üçün maraqlıdır. Azərbaycanda Avrasiya Xalqları Assambleyası Günləri çərçivəsində keçiriləcək bütün tədbirlərin olduqca səmərəli olacağını düşünürəm".

"Avrasiya Xalqları Assambleyası" Beynəlxalq Qeyri-Hökumət Təşkilatları İttifaqı 30 sentyabrdan 5 oktyabradək Azərbaycanda Avrasiya Xalqları Assambleyası Günləri keçirəcək.

© Sputnik / Murad OrujovRusiya ali məktəbləri məzunlarının Azərbaycan Assosiasiyasının sədri Üzeyir Əliyev
Avrasiya xalqlarının nümayəndələri Bakıda bir arada: Hər şey bir-birinə bağlıdır - Sputnik Azərbaycan
Rusiya ali məktəbləri məzunlarının Azərbaycan Assosiasiyasının sədri Üzeyir Əliyev

Avrasiya Xalqları Assambleyası Böyük Avrasiyanın müxtəlif ölkələrindən olan tərəfdaşlarla əməkdaşlığın genişləndirilməsi, inteqrasiya proseslərinin gücləndirilməsi və xalq diplomatiyasının alətləri vasitəsilə sülhməramlılıq, mədəni-humanitar və iqtisadi əməkdaşlığın, millətlərarası və dinlərarası dialoqun genişləndirilməsi, biznes tərəfdaşlığının inkişafı, yeni işgüzar əlaqələrin qurulması, təcrübə mübadiləsi sahəsində aktiv fəaliyyət göstərir.

Avrasiya Xalqları Assambleyası ən geniş dialoqa və qarşılıqlı fəaliyyətə açıqdır. Avrasiya Xalqları Assambleyasının fəaliyyət planına Böyük Avrasiya ölkələrindəki müxtəlif layihə və tədbirlər daxildir. Fransa, Hindistan, Birləşmiş Ərəb Əmirlikləri, Serbiya, Bolqarıstan, Monqolustanda uğurla keçirilən Avrasiya Xalqları Assambleyası Günlərinin keçirilməsi təcrübəsi özünü müsbət tərəfdən göstərib.

Əməkdar jurnalist Varis Yolçuyev - Sputnik Azərbaycan
“LiFFt” festivalı Azərbaycan üçün niyə əhəmiyyətlidir - Varis Yolçuyev danışır

Azərbaycanda Avrasiya Xalqları Assambleyası Günləri çərçivəsində Avrasiya Xalqları Assambleyası Ali Şurası Rəyasət Heyətinin genişləndirilmiş iclası, "İkinci Dünya Müharibəsi və Böyük Vətən Müharibəsinin tarixi yaddaşını qorumaq" Beynəlxalq İctimai Forumu, "Birlikdə qələbə qazanmışıq" Festivalının filmlərinin nümayişi, "İdman millətləri birləşdirir" dəyirmi masası, Avrasiya Dostluq Axşamı, "Avrasiya məkanında işgüzar əməkdaşlığın perspektivləri" beynəlxalq biznes forumu, "Avrasiya məkanında mədəniyyətlərarası əməkdaşlıq" dəyirmi masası, LİFFT-2019 festivallarının IV Avrasiya ədəbi festivalı, Avrasiya təhsil forumu, "Avrasiyanın yeni nəsli" Gənclər forumu və digər tədbirlər keçiriləcək.

Bundan əlavə, sentyabrın 30-dan oktyabrın 4-dək Bakıda IV "LiFFt" Avrasiya Ədəbiyyat Festivalı keçiriləcək. Festival təşkilatçıları Avrasiya Millətlər Assambleyası və Rusiya Federasiyasının "LiFFt" Beynəlxalq Humanitar Fondudur. Layihənin Azərbaycan tərəfdən təşkilatçısı Heydər Əliyev Fondu, tərəfdaşı Azərbaycan Mədəniyyət Nazirliyi, nazirliyin "Söz" ədəbi layihəsi və Bakı Kitab Mərkəzidir. Festival BMT-nin himayəsi altında keçirilir. Festivalda ədəbiyyatın bütün mövzuları üzrə 7 plenar iclas olacaq. Ümumilikdə bu festivalın Azərbaycan ədəbiyyatına böyük faydası olacaq.

Xəbər lenti
0