CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ayın son günü havanın temperaturu bəzi yerlərdə 5 dərəcəyə düşəcək

CC0 / Free-Photos / girlSoyuqdan qorumağa çalışan qız
Soyuqdan qorumağa çalışan qız - Sputnik Azərbaycan
Abunə olmaq
Bəzi şimal və şərq rayonlarında yağış yağacağı gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək

BAKI, 29 sentyabr — Sputnik. Sentyabrın 30-da gözlənilən hava şəraiti haqqında məlumat açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Sputnik Azərbaycan-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Девушки под зонтами в Баку - Sputnik Azərbaycan
CƏMİYYƏT
İstirahət günlərinin hava proqnozu: yağacaq

Gündüz mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 16-19° isti, gündüz 21-25° isti, Bakıda gecə 17-19° isti, gündüz 23-25° isti təşkil edəcək. Atmosfer təzyiqi 763 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 60-70 % olacaq.

Azərbaycanın rayonlarında gözlənilən hava şəraitinə gəlincə, hava əsasən yağmursuz olacaq. Lakin bəzi şimal və şərq rayonlarında yağış yağacağı gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 13-18° isti, gündüz 23-28° isti, dağlarda gecə 5-10° isti, gündüz 12-17° isti təşkil edəcək.

Xəbər lenti
0