09:44 29 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
1167 0 0

Festivalın üçüncü günü, yəni, sentyabrın 30-da qərzəkli meyvələrin satış-yarmarkası təşkil olunacaq

Şahpəri Abbasova, Sputnik Azərbaycan

BAKI, 28 sentyabr — Sputnik. BAKI, 28 sentyabr – Sputnik. Zaqatalada 2-ci Beynəlxalq fındıq, qoz və şabalıd festivalı keçirilir. Sputnik Azərbaycan-ın məlumatına görə, Sentyabrın 28-dən 30-dək davam edəcək festival Zaqatala Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, Mədəniyyət və Kənd Təsərrüfatı nazirliklərinin, Azərbaycan Fındıq İstehsalçıları və İxracatçıları Assosiasiyasının, Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki “Aqrar Tədarük və Təchizat” ASC-nin dəstəyi ilə reallaşıb.

Festivalın keçirilməsində əsas məqsəd ölkəmizin, eləcə də Zaqatala rayonunun iqtisadi, mədəni və turizm potensialını daha geniş nümayiş etdirməkdir. Festivalda nazirlik və dövlət qurumlarının rəsmiləri, Milli Məclisin deputatları, ölkəmizdə fəaliyyət göstərən 20-dək xarici ölkə səfirliyinin nümayəndələri, ətraf rayonlardan dəvət olunmuş qonaqlar, fındıq istehsalçıları və ixracatçıları, rayon sakinləri iştirak ediblər.

Festival iştirakçıları bayramsayağı bəzədilmiş meydanda fındıq, qoz və şabalıddan hazırlanmış geniş çeşiddə məhsulların sərgisi ilə tanış olub

Rayon rəhbərliyi və qonaqlar Zaqatala Bölgə Təcrübə Stansiyasının “Pərzivan” ərazisindəki fındıq bağına baxış keçiriblər, “Karaca fındıq” MMC-nin fındıq emalı zavoduna istehsalla tanış olublar. Daha sonra qonaqlar Zaqatala şəhərindəki “Dədə Qorqud” meydanında 2-ci Beynəlxalq fındıq, qoz və şabalıd festivalının açılış mərasiminə qatılıblar.

Festival iştirakçıları bayramsayağı bəzədilmiş meydanda fındıq, qoz və şabalıddan hazırlanmış geniş çeşiddə məhsulların sərgisi ilə tanış olub, “kənd evi”ndə fındıq və qoz qabığı ilə sobanın yandırılması, fındığın və şabalıdın qovrulması, şabalıdın saxlanma qaydası, təndirdə fındıq çubuqlarının yandırılması, at arabasının hazırlanması, müxtəlif milli xörəklərin bişirilməsi prosesini əyani izləyiblər. Bundan başqa, festivalda bölgəyə məxsus milli şirniyyatlar nümayiş olunub.

Festival iştirakçıları bayramsayağı bəzədilmiş meydanda fındıq, qoz və şabalıddan hazırlanmış geniş çeşiddə məhsulların sərgisi ilə tanış olub
© Sputnik / Shahperi Abbasova

Festivalda fındıq yığımında və emalında istifadə olunan müasir texniki avadanlıq da nümayiş etdirilib. Festival iştirakçıları fındıq emalı və ixracı ilə məşğul olan müəssisələrin istehsal etdiyi məhsullarla tanış olub, rəsm və əl işləri sərgisinə, tətbiqi sənət nümunələrinə baxıblar. Həmçinin fındıq, qoz və şabalıdla bağlı müsabiqələr keçirilib, qaliblər mükafatlandırılıb.

Festivalın birinci günü Heydər Parkında təşkil olunacaq konsert proqramı ilə başa çatıb.

  • Festival iştirakçıları bayramsayağı bəzədilmiş meydanda fındıq, qoz və şabalıddan hazırlanmış geniş çeşiddə məhsulların sərgisi ilə tanış olub
    Festival iştirakçıları bayramsayağı bəzədilmiş meydanda fındıq, qoz və şabalıddan hazırlanmış geniş çeşiddə məhsulların sərgisi ilə tanış olub
    © Sputnik / Shahperi Abbasova
  • Festival iştirakçıları bayramsayağı bəzədilmiş meydanda fındıq, qoz və şabalıddan hazırlanmış geniş çeşiddə məhsulların sərgisi ilə tanış olub
    Festival iştirakçıları bayramsayağı bəzədilmiş meydanda fındıq, qoz və şabalıddan hazırlanmış geniş çeşiddə məhsulların sərgisi ilə tanış olub
    © Sputnik / Shahperi Abbasova
  • Zaqatalada 2-ci Beynəlxalq fındıq, qoz və şabalıd festivalı
    Zaqatalada 2-ci Beynəlxalq fındıq, qoz və şabalıd festivalı
    © Sputnik / Shahperi Abbasova
  • Festival iştirakçıları bayramsayağı bəzədilmiş meydanda fındıq, qoz və şabalıddan hazırlanmış geniş çeşiddə məhsulların sərgisi ilə tanış olub
    Festival iştirakçıları bayramsayağı bəzədilmiş meydanda fındıq, qoz və şabalıddan hazırlanmış geniş çeşiddə məhsulların sərgisi ilə tanış olub
    © Sputnik / Shahperi Abbasova
  • Festival iştirakçıları bayramsayağı bəzədilmiş meydanda fındıq, qoz və şabalıddan hazırlanmış geniş çeşiddə məhsulların sərgisi ilə tanış olub
    Festival iştirakçıları bayramsayağı bəzədilmiş meydanda fındıq, qoz və şabalıddan hazırlanmış geniş çeşiddə məhsulların sərgisi ilə tanış olub
    © Sputnik / Shahperi Abbasova
  • Festival iştirakçıları bayramsayağı bəzədilmiş meydanda fındıq, qoz və şabalıddan hazırlanmış geniş çeşiddə məhsulların sərgisi ilə tanış olub
    Festival iştirakçıları bayramsayağı bəzədilmiş meydanda fındıq, qoz və şabalıddan hazırlanmış geniş çeşiddə məhsulların sərgisi ilə tanış olub
    © Sputnik / Shahperi Abbasova
1 / 6

Festivalın ikinci günü, sentyabrın 29-da Heydər Əliyev Mərkəzində fındıq və digər qərzəkli bitkilərin istehsalı, bu sahənin inkişafının perspektivlərinə həsr olunan simpozium keçiriləcək.

Festivalın üçüncü günü, yəni, sentyabrın 30-da qərzəkli meyvələrin satış-yarmarkası təşkil olunacaq.

Əsas mövzular