CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Koroğlu"dakı köhnə ərazi Milli Gimnastika Arenasına qaytarılır

© Photo : MGA-nın rəsmi saytıMilli Gimnastika Arenası, arxiv şəkli
Milli Gimnastika Arenası, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Həmin ərazi MGA-ya məxsus parklanma yeridir və indiyə qədər alınmış icazə əsasında müvəqqəti istifadə olunub

BAKI, 26 sentyabr — Sputnik. Bakı Nəqliyyat Agentliyinin (BNA) metronun "Koroğlu" stansiyasının çıxışında indiyə qədər Nəqliyyat Mübadilə Mərkəzi (NMM) kimi istifadə etdiyi ərazi Milli Gimnastika Arenasına (MGA) təhvil veriləcək.

“Koroğlu” Nəqliyyatı Mübadilə Mərkəzində tikinti və yenidənqurma işləri aparılacaq - Sputnik Azərbaycan
CƏMİYYƏT
"Koroğlu" metrostansiyası yaxınlığında mühüm dəyişiklik

Bu barədə Sputnik Azərbaycan-a BNA-nın mətbuat xidmətinin rəhbəri Mais Ağayev məlumat verib. Onun sözlərinə görə, həmin ərazi MGA-ya məxsus parklanma yeridir və indiyə qədər alınmış icazə əsasında müvəqqəti istifadə olunub. Ötən gün açılışı olmuş yeni NMM-nin bir həftədən sonra vətəndaşların istifadəsinə verilməsi gözlənilir. Bununla da, MGA-nın ərazisindən istifadə etməyə ehtiyac qalmayacaq.

Xatırladaq ki, yeni "Koroğlu" NMM ümumilikdə 3 hektar ərazidə yerləşir. Mərkəz Bakıətrafı kənd və qəsəbələrə hərəkət edən 30-dan çox marşrut xəttini özündə cəmləşdirəcək.

Xəbər lenti
0