CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Məşhur bakılı Moskvada özünə 5 milyon manatlıq mənzil alıb

Abunə olmaq
Azərbaycanlı bloger Hüseyn Həsənov Moskvada məşhur musiqiçi və aktyorların yaşadığı küçədə özünə bahalı ev alıb

Kəmalə Əliyeva, Sputnik Azərbaycan

BAKI, 23 sentyabr — Sputnik. Azərbaycan əsilli məşhur rusiyalı bloger Hüseyn Həsənov özünə Moskvada 200 milyon rubl (5 milyon manatdan çox) qiyməti olan ev alıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, Həsənovun evinin videoçarxını Rusiyada daşınmaz əmlak rieltoru Vadim Boqaç öz verilişinin "YouTube" sosial şəbəkəsindəki səhifəsində paylaşıb. Həsənovun yeni mənzili Moskva şəhərinin Mərkəzi İnzibati Dairəsində, Rusiyanın bir çox məşhur aktyor və musiqiçilərinin yaşadığı Arbat küçəsindədir.

https://www.youtube.com/watch?v=v878pySpKeA&t=11s

"Gəldiyim ilk gündən bura mənim xoşuma gəlib. Buradakı bütün mənzillər yaxta stilində tikilib. Burada hər şey ağacdandır, hətta divar kağızı belə yoxdur. Mən çox mənzilə baxmışam, amma məhz bu daha çox ürəyimcə olub. Onun sahəsi 128 kvadrat metrdir. Düşünürəm ki, bu, mənə kifayətdir, çünki tək yaşayıram. Öz evimdən həzz alıram!" - deyə Həsənov bildirib.

Bloger etiraf edib ki, tək yaşamaq ona çətindir. Ona görə də ailə qurmaq istəyir. Həsənov gələcəkdə ikimərtəbəli villa almaq arzusundadır.

View this post on Instagram

С новосельем бро ✊🏽 Хотите обзор на квартиру @gusein.gasanov ???????? 👇🏾

A post shared by ВАДИМ БОГÁЧ (@vadim.bogach) on

Hüseyn Həsənov Sankt-Peterburqda doğulub-böyüyüb. Onun 25 yaşı var. O, öz çarxlarında əsasən ağrılı mövzulara toxunur və onlara bir qədər yumor əlavə edir. Onun qısa videoçarxlarının qəhrəmanları əsasən rusiyalı və xarici modellər olur. O, həmçinin rusiyalı müğənnilərin kliplərində çəkilir, film və seriallara çəkilməkdən də imtina etmir.

Aktyorluq fəaliyyəti ilə yanaşı, Həsənov geyimlərin dizaynı ilə də məşğul olur və onun hətta öz şəxsi kostyum kolleksiyası mövcuddur. Hazırda sosial şəbəkələrdə onun 6 milyon izləyicisi var.

Xəbər lenti
0