20:34 04 Avqust 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
42 0 0

Ukraynanın bəzi kənd təsərrüfatı əraziləri var ki, Çernobıldan 100 kilometr aralıda olsa da, orada sezium-137 maddəsi aşkarlanıb

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 24 sentyabr — Sputnik. "Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi qida zəncirinin bütün mərhələlərində dövlət nəzarəti və tənzimləməni həyata keçirir. Agentlik tərəfindən ölkədə istehsal olunan və ölkəyə idxal olunan qida məhsulları üzərində risk əsaslı nəzarət tədbirləri həyata keçirilir". Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) Sputnik Azərbaycan-ın Ukraynadan gətirilən məhsulların təhlükəsizliyi ilə bağlı sorğusuna cavab olaraq bildirilib.

Qeyd olunub ki, məhsullar gömrük ərazisinə daxil olunduqdan sonra daşıdığı risk səviyyəsinə uyğun olaraq ekspertizadan keçirilir. Ölkəyə idxal edilən məhsullardan Agentliyin müfəttişləri tərəfindən nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarında müayinə edilir. Ekspertizanın nəticələri uyğun olduqda, sahibkarlar məhsulları yerli bazarda sərbəst ticarət dövriyyəsinə daxil edə bilirlər.

Məlumat üçün bildirək ki, Ukraynadan ölkəmizə idxal olunan qida məhsulları radioloji müayinələrə cəlb olunur. AQTA fəaliyyətə başladığı gündən etibarən Ukraynadan ölkəmizə idxal olunan qida məhsullarında aparılmış radioloji müayinələrdə heç bir uyğunsuzluq aşkar edilməyib.

Qeyd edək ki, “Greenpeace” təşkilatı tərəfindən 2011-ci ildə açıqlanan hesabata görə, Ukraynanın bəzi kənd təsərrüfatı əraziləri var ki, Çernobıldan 100 kilometr aralıda olsa da, orada sezium-137 maddəsi aşkarlanıb. Yəni bu radioaktiv maddənin torpaq və suyu çirkləndirdiyi sübuta yetirilib. Belə qənaətə gəlinib ki, torpaq və suyun çirklənməsi həmin maddənin bitki və heyvanlara keçməsinə də səbəb olub.

Əlaqədar

Süd məhsullarına antibiotik qatırmışlar - Azərbaycanda
Ötən ay hər dörd nəfərdən biri özünə yanlış diaqnoz qoyub
Mövsümü gəldi: Balıqdan zəhərlənməmək üçün bunlara nəzər yetirin
Ətlə əlaqəsi olan hər kəsi yoxlayacaqlar
İsmayıllıda festivalda kütləvi zəhərlənmə - Araşdırma başlayıb
Teqlər:
Azərbaycan, Ukrayna, radioaktiv maddə, zərərli maddə, qida məhsulu, qida

Əsas mövzular