05:09 19 Oktyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0265
  • EUR1.8907
Abituriyent imtahan zamanı, arxiv şəkli

Abituriyentlər arasında ən populyar ixtisaslar bəlli olub

© AFP 2019 / FREDERICK FLORIN
CƏMİYYƏT
Qısa URL
15 0 0

Naxçıvan Dövlət Universitetinin ixtisaslarına qəbul olan abituriyentlərin orta bal göstəriciləri digər ali təhsil müəssisələri ilə müqayisədə daha yüksəkdir

BAKI, 23 sentyabr — Sputnik. Yüksək nəticə göstərən abituriyentlərin Bakı Ali Neft Məktəbi, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, ADA Universiteti və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasına marağı böyükdür.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə "Abituriyent 12" jurnalında qeyd olunub. Həmçinin hər ixtisas qrupu üzrə abituriyentlərin istəyinə daha çox uyğun olan, ərizələrdə birinci yerdə daha çox göstərilən ən nüfuzlu ixtisaslar müəyyən edilib. Məlum olub ki, 2018/2019-cu tədris ilində abituriyentlər Azərbaycan bölməsində I qrupda ən çox Bakı Dövlət Universitetinin "Riyaziyyat müəllimliyi", II qrupda Azərbaycan Dövlət İqtisad Universitetinin "Maliyyə (tədris ingilis dilində)", III qrupda Azərbaycan Dillər Universitetinin "Xarici dil müəllimliyi (ingilis dili üzrə)", IV qrupda Azərbaycan Tibb Universitetinin "Müalicə işi", V qrupda Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının "Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi (qızlar üçün fiziki tərbiyə)" ixtisaslarına üstünlük veriblər. I, II və V ixtisas qruplarından başqa, digər ixtisas qruplarında rus bölməsi abituriyentlərinin seçimi Azərbaycan bölməsi ilə eyni olub. I ixtisas qrupunda rus bölməsinin abituriyentləri Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin "İnformasiya texnologiyaları", II ixtisas qrupunda Azərbaycan Turizm və Menecment Universitetinin "Turizm və otelçilik", V ixtisas qrupunda isə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının "Dizayn" ixtisasına üstünlük veriblər. Azərbaycan bölməsində I ixtisas qrupunda "Riyaziyyat müəllimliyi" ixtisasına marağın artmasını Təhsil Nazirliyinin pedaqoji ixtisaslara göstərdiyi qayğı ilə əlaqələndirmək olar.

Jurnalda eyni zamanda universitetlər üzrə formalaşan orta bal göstəriciləri ( qəbul balı) də yer alıb. Orta bal göstəricilərinə görə fərqlənən ali təhsil müəssisələrinin siyahısını təqdim edirik: I ixtisas qrupu üzrə-Bakı Ali Neft Məktəbi; Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, II ixtisas qrupu üzrə- ADA Universiteti; Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası; Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyası, III ixtisas qrupu üzrə-Milli Aviasiya Akademiyası; Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası; ADA Universiteti; Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyası; Azərbaycan Dillər Universiteti, IV ixtisas qrupu üzrə- Azərbaycan Tibb Universiteti qərarlaşıb. Naxçıvan Dövlət Universitetinin ixtisaslarına qəbul olan abituriyentlərin orta bal göstəriciləri digər ali təhsil müəssisələri ilə müqayisədə daha yüksəkdir.

Əsas mövzular