CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Təhsildən kənar qalan qız məktəbli oldu - FOTO

© Photo : REPORTİmtahan
İmtahan - Sputnik Azərbaycan
Abunə olmaq
Məktəbin psixoloqu da Anjelinanın təhsil mühitinə uyğunlaşması və özünəinamının artırılması üçün onunla xüsusi məşğul olacaq

BAKI, 23 sentyabr — Sputnik. Raskopa Anjelinanın təhsil məsələsi Təhsil Nazirliyinin və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin operativ müdaxiləsi nəticəsində həllini tapıb.

Bu barədə Sputnik Azərbaycan-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib. Xəbərdə bildirilir ki, bu gün 10 yaşlı Anjelina Bakı şəhəri 81 nömrəli tam orta məktəbdə fərdi təhsilə cəlb olunub: "Təhsil Nazirliyi və Bakı Şəhəri üzrə Təhsil İdarəsi adından Anjelinaya məktəbli ləvazimatları və çanta təqdim olunub. Həmçinin məktəbliyə yeni dərsliklər verilib. Məktəbin psixoloqu da Anjelinanın təhsil mühitinə uyğunlaşması və özünəinamının artırılması üçün onunla xüsusi məşğul olacaq. Bir daha valideynlərə əsas tövsiyəmiz ondan ibarətdir ki, uşaqlarının heç bir halda məktəbə qəbulunu yubatmasınlar. Dövlətin yaratdığı təhsil imkanları hamı üçündür və hər bir uşağın məktəbə cəlb olunması, hərtərəfli vətəndaş kimi yetişməsi ümumilikdə cəmiyyətin uğurudur".

Xatırladaq ki, bir müddət öncə balaca qızın atası ilə birgə küçədə zibil yığdığı və təhsildən kənar qaldığı barədə məlumat yayılmışdı.

Xəbər lenti
0