05:26 20 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
32 0 0

Səhər saatlarından başlayaraq ölkə ərazisində hava şəraitinin dəyişəcək. Bakıda və Abşeronda günün birinci yarısında şimal küləyi güclənəcək. Ən güclü külək gündüz və axşam müşahidə olunacaq. Küləyin maksimal sürəti saniyədə 30-35 metrə çatacaq.

BAKI, 21 sentyabr — Sputnik. Ekologiya və Təbii Sərvətlər Nazirliyi sentyabr ayının 21-dən ölkə ərazisində hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq edib.

Nazirlikdən Sputnik Azərbaycan-a verilən məlumata görə, səhər saatlarından başlayaraq ölkə ərazisində hava şəraitinin dəyişəcək. Bakıda və Abşeronda günün birinci yarısında şimal küləyi güclənəcək. Ən güclü külək gündüz və axşam müşahidə olunacaq. Küləyin maksimal sürəti saniyədə 30-35 metrə çatacaq.

"Güclü küləyin əsməsi ilə əlaqədar vətəndaşlarımıza müraciət edirik ki, ehtiyatlı olsunlar. Güclü külək nəticəsində irigövdəli ağacların, onların budaqlarının aşma, sınma təhlükəsi var. Ona görə vətəndaşlarımıza tövsıyə edirik ki, diqqətli olsunlar, ağacların altında durmasınlar, maşınları saxlamasınlar. Uşaqları güclü küləkli havada nəzarətsiz həyətə buraxmasınlar" - deyə xəbərdarlıqda bildirilir.

Əsas mövzular