CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Millət vəkili haqqında yayılanları şərh etdi: "Jurnalistlərdən istifadə edirlər"

© Photo : TRENDMillət vəkili Rəfail Cəbrayılov
Millət vəkili Rəfail Cəbrayılov  - Sputnik Azərbaycan
Abunə olmaq
Bu saytlar əslində heç bir jurnalist fəaliyyəti ilə məşğul olmur, yalnız "sahibinin" iyrənc niyyətlərini həyata keçirmək üçün "vasitə" rolunda çıxış edirlər

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 20 sentyabr — Sputnik. Millət vəkili Rafael Cəbrayılov son günlər kütləvi informasiya vasitələrində özü və qardaşları haqqında yayılan məlumatlara fikir bildirib.

Sputnik Azərbaycan-a danışan millət vəkili deyib ki, son dövrlərdə ona qarşı iyrənc ləkələmə kampaniyası gedir: "Təəssüf edirəm ki, bu iyrənc məqsədə nail olmaq üçün bir sıra jurnalistlərdən də istifadə olunur. Jurnalist araşdırması aparmadan, məsələnin məğzini bilmədən yalnız bir tərəfin verdiyi informasiyanı yaymaq jurnalist fəaliyyətinə ziddir".

Заседание Милли Меджлиса Азербайджана - Sputnik Azərbaycan
CƏMİYYƏT
Deputat kimi qocalmaq: Milli Məclis elə bir qərar verdi ki...

Millət vəkili bildirib ki, son dövrdə tikinti biznesi ilə məşğul olan qardaşları, habelə özü ilə bağlı reallığa uyğun olmayan məlumatlar müxtəlif saytlarda yayılır: "Bu da ondan irəli gəlir ki, bir sıra insanların "mülkiyyətində" olan saytlar var. Bu saytlar əslində heç bir jurnalist fəaliyyəti ilə məşğul olmur, yalnız "sahibinin" iyrənc niyyətlərini həyata keçirmək üçün "vasitə" rolunda çıxış edirlər. Həmin şəxslərin iyrənc məqsədlərinin üzə çıxarılmasına nail olacam".

R.Cəbrayılov özü və qardaşları haqqında yayılan məlumatlara görə təəssüfləndiyini bildirib: "Azərbaycan Respublikasının informasiya məkanında belə informasiya vasitələrinin olmasına təəssüf edirəm".

Qeyd edək ki, bu gün bir sıra KİV-lərdə millət vəkili Rafael Cəbrayılovun borca görə məhkəməyə verildiyi barədə məlumatlar yayılıb. Onun hətta borcu vəd etdiyi vaxtında qaytara bilməsi üçün zəmanət kimi III və IV çağırış Azərbaycan Respublikası Milli Məclisinin Deputatının vəsiqəsinin əslini girov qoyduğu vurğulanır.

Xəbər lenti
0