13:26 25 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
CƏMİYYƏT
Qısa URL
60 0 0

Bütün fəaliyyətlər döyüş atışlı mərhələlərdən ibarət olmaqla döyüş vəziyyətinə maksimal uyğun şəraitdə müxtəlif poliqon və təlim mərkəzlərində keçirilib

BAKI, 20 sentyabr — Sputnik. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən, müdafiə nazirinin rəhbərliyi altında Azərbaycan Ordusunun müxtəlif qoşun növləri, qisimləri, hərbi birlik və birləşmələrinin cəlb edilməsi ilə keçirilən genişmiqyaslı əməliyyat-taktiki təlimlərinin döyüş atışlı əsas mərhələsi icra olunub.

Bu barədə Sputnik Azərbaycan-a Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Təlimin niyyətinə uyğun olaraq qoşunlar silah və texnikanın tətbiqi ilə dağlarda əks-hücum əməliyyatının təşkili və keçirilməsi, düşmənin əsas qüvvələrinin darmadağın edilməsi məqsədilə qabaqlayıcı zərbələrin endirilməsi və strateji cəhətdən əlverişli rayon və hədlərin ələ keçirilməsi istiqamətində fəaliyyətlərin həyata keçirilməsi üzrə təlim-döyüş tapşırıqlarını məşq ediblər.

Genişmiqyaslı əməliyyat-taktiki təlimlərinin döyüş atışlı əsas mərhələsi icra olunub
© AR Ministry of Defense
Genişmiqyaslı əməliyyat-taktiki təlimlərinin döyüş atışlı əsas mərhələsi icra olunub

Mürəkkəb şəraitdə, dağ-meşə, qayalıq ərazilərdə və çətin radioelektron mübarizə mühitində keçirilən təlim zamanı ön və yandan keçmə dəstələrinin əsas zərbə qruplaşmaları, eləcə də artilleriya, aviasiya və döyüş düzülüşünün digər elementləri ilə qarşılıqlı əlaqədə fəaliyyətlərinin təşkili üzrə tapşırıqlar icra edilib.

Təlimdə qoşunların idarəedilməsi vərdişlərinin təkmilləşdirilməsi, həmçinin döyüş, mənəvi-psixoloji və maddi-texniki təminat məsələlərinə xüsusi diqqət yetirilib.

Genişmiqyaslı əməliyyat-taktiki təlimlərinin döyüş atışlı əsas mərhələsi icra olunub
© AR Ministry of Defense
Genişmiqyaslı əməliyyat-taktiki təlimlərinin döyüş atışlı əsas mərhələsi icra olunub

Bütün fəaliyyətlər döyüş atışlı mərhələlərdən ibarət olmaqla döyüş vəziyyətinə maksimal uyğun şəraitdə müxtəlif poliqon və təlim mərkəzlərində keçirilib.

Bölmələr döyüş atışları və atəşlə manevrlər yerinə yetirərkən əsas diqqət müasir silah və hərbi texnikanın tətbiqi ilə taktiki tapşırıqların icrasına yönəldilib.

Əlaqədar

Azərbaycan Ordusu hərəkətə keçdi, 10 min əsgər, 100-dən çox tank...
Azərbaycan hərbi təyyarə və tanklarını hərəkətə keçirdi – VİDEO
General: "Naxçıvandakı qoşunlar ən çətin döyüş tapşırıqlarını yerinə yetirməyə qadirdir"
Generallar müdafiə nazirinə məruzə etdilər – VİDEO
Teqlər:
ordu, hərbi təlim

Əsas mövzular