CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanın "ən gözəl bədənli kişisi"nə qeyri-adi sevgi etirafı

© Instagram / leigo__İqo Hüseynov Leyla Hüseynova ilə
İqo Hüseynov Leyla Hüseynova ilə - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycanlı model İqaməddin Hüseynov öz ad günündə blogger həyat yoldaşından romantik hədiyyə alıb.

BAKI, 19 sentyabr — Sputnik. "Ən yaxşı bədənli model" titulunun sahibi olan azərbaycanlı İqonun (İqaməddin Hüseynov) xanımı bloger Leyla Hüseynova ərinə romantik ad günü hədiyyəsi hazırlayıb.

Bloger ərinin həyatındakı əlamətdar gün münasibətilə bir videoçarx hazırlayıb və burada ona olan bütün sevgisini ifadə edib. Sputnik Azərbaycan-ın məlumatına görə, Hüseynova bu çarxı "Instagram" sosial şəbəkəsindəki səhifəsində paylaşıb.

Публикация от Leila Muradlı Guseinova (@leila_land)

"Ad günün mübarək, mənim möcüzəm. Birlikdə qocalmağımızı arzulayıram", - deyə Hüseynova yazıb.

İqo Parisdə keçirilən "Best Model of the World 2017" beynəlxalq gözəllik müsabiqəsində Rusiyanı təmsil edib və "Ən yaxşı bədənli model" nominasiyasının qalibi olub. O, müxtəlif dünya brendləri ilə əməkdaşlıq edir, “Ferrari”, “Puma”, “Mercedes”, “Lisa Vita” və digər dünyaca məşhur brendlərin reklam layihələrində iştirak edir. Leyla Hüseynova isə artıq bir neçə ildir blogerliklə məşğuldur. O, əsasən moda trendləri barədə yazır və Bakıda təqdim olunan bir çox xarici brendlərin simasıdır. Cütlüyün toy mərasimi bu ilin yayında baş tutub.

Xəbər lenti
0