CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Başımız üzərində asılan qılınc – "Sürüşmə mövsümü" başlayır

© Photo : REPORTТерритория оползней на Баилово, фото из архива
Территория оползней на Баилово, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Əziz Qaralov: “Əgər yağıntılar artsa, yamacda asılı qalmış torpaq kütlələri lokal şəkildə sürüşəcək”

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 19 sentyabr — Sputnik. "20-ci sahə ilə Badamdar istiqamətinə gedən yolun sol hissəsində olan sürüşmə zonasında gərginlik davam edir. Yəni keçən il vəziyyət necə idisə, elə də qalıb, heç bir dəyişiklik müşahidə olunmur".

Ağsu aşırımında yol sürüşməsi - Sputnik Azərbaycan
CƏMİYYƏT
Ağsu dolayında sürüşmə baş verib, yol çöküb

Bu barədə Sputnik Azərbaycan-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin baş mühəndisi Əziz Qaralov danışıb.

"Yağıntılar başladıqdan sonra sürüşmə kütləsi ağırlaşa bilər və gərginlik güclənə bilər. Biz ötən həftə ərazidə olmuşuq, müşahidə aparmışıq. Ötən il qoyduğumuz mayaklarda, reperlərdə elə bir ciddi dəyişiklik müşahidə edilməyib", - deyə Qaralov bildirib.

Onun sözlərinə görə, yuxarı hissədə kanalizasiya sistemləri də olduğu kimi qalıb və sular təbiətə axıdılır. Bunun nəticəsində isə kütlə ağırlaşır və sürüşmə baş verir.

"Əgər yağıntılar artsa, yamacda asılı qalmış torpaq kütlələri lokal şəkildə sürüşəcək", – deyə o, bildirib.

Qeyd edək ki, Zığ sürüşmə zonası, Masazır "Zəli gölü" ətrafı, Nübar qəsəbəsi ərazisində olan sürüşmə zonalarında vəziyyət stabil olaraq qalır: "Yağışlar mövsümü gəlir. Ancaq yağıntılardan sonra sürüşmə aktivləşə bilər".

Xəbər lenti
0