CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Daha üç avtobusda gediş haqqı kartla olacaq

© REPORTYeni sərnişin avtobusları
Yeni sərnişin avtobusları - Sputnik Azərbaycan
Abunə olmaq
Sərnişindaşıma ilə bağlı tələblərə əməl etməyən daşıyıcılar yeni avtobusların gətirilməsi ilə marşrut şəbəkəsindən kənarlaşdırılacaq

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 17 sentyabr — Sputnik. Paytaxtda ilin sonuna qədər müntəzəm sərnişindaşıma ilə məşğul olan daha bir neçə marşrut avtobusunda gediş haqqı kartla ödəniləcək.

Bakı-Sumqayıt  yolu - Sputnik Azərbaycan
CƏMİYYƏT
Bakı-Sumqayıt istiqamətində daha çox avtobus şütüyəcək

Bu barədə Sputnik Azərbaycan-a Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev məlumat verib. O, bildirib ki, 53, 161 və 191 saylı marşrut avtobuslarında kart sisteminin tətbiqi gözlənilir. Həmçinin sözügedən marşrut xətti üzrə hərəkət edən avtobusların da yeniləri ilə əvəzlənməsi nəzərdə tutulur. Agentlik sözçüsü əlavə edib ki, sərnişindaşıma ilə bağlı tələblərə əməl etməyən daşıyıcılar yeni avtobusların gətirilməsi ilə marşrut şəbəkəsindən kənarlaşdırılacaq.

Qeyd edək ki, paytaxtda hazırda müntəzəm marşrut xətləri üzrə təxminən 2000-2020 ədədə yaxın avtobus gündəlik olaraq sərnişinlərə xidmət göstərir. Türkiyənin "BMC Otomotiv Sanayi ve Ticaret AŞ" şirkətindən alınan 300 avtobusun Bakıya gətirilməsi nəzərdə tutulub. Yeni avtobusların gətirilməsindən sonra Bakıdakı avtobus parkının xeyli hissəsi yenilənmiş olacaq.

Xəbər lenti
0