CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qızıldan qiymətli peyin, yaxud üstü bəzək, altı təzək

© Sputnik / Zarina IbragimhalilovaXınalıq
Xınalıq - Sputnik Azərbaycan
Abunə olmaq
Dağ kəndi Xınalığın sakinləri üçün peyin əvəzsiz nemət olaraq qalır, amma onlar turizm bizneslərini də çiçəkləndirirlər. Azərbaycanın ucqar və qədim yaşayış məskənindən reportaj

Zarina Orucəliyeva, Sputnik Azərbaycan

BAKI, 17 sentyabr — Sputnik. Azərbaycanda, Bakıdan xeyli şimal-qərbdə peyinin qızıldan qiymətli olduğu unikal bir kənd var. Sputnik Azərbaycan-ın məlumatına görə, söhbət dəniz səviyyəsindən 2,1-2,2 min metr yüksəklikdə yerləşən Xınalıq adlı dağ kəndindən gedir.

Bu, sakinlərinin bir çox yüzilliklər ərzində demək olar ki, sivilizasiyadan ayrı düşdüyü müstəsna yaşayış məskənidir. Məhz bu səbəbdən də onlar öz kimliklərini, dil və adət-ənənələrini qoruyub saxlaya biliblər.

Çətin yol

Xınalığa səyahət etmək üçün cəsarət, kifayət qədər isti paltar və əlbəttə ki, yolsuzluq avtomobili lazımdır. Bakıdan bu kəndə getmək üçün dörd saatdan artıq vaxt tələb olunur. Avtomobil Quba rayonunun dağlıq ərazilərini tərk etdikdən sonra turistləri səyahətin ən təhlükəli hissəsi gözləyir. Xınalığa yol bu yaxınlarda, 2006-cı ildə çəkilib. Ora salınan asfaltın keyfiyyətinin aşağı olduğunu da demək olmaz.

© Sputnik / Zarina IbragimhalilovaXınalığa səyahət etmək üçün yolsuzluq avtomobili lazımdır
Qızıldan qiymətli peyin, yaxud üstü bəzək, altı təzək - Sputnik Azərbaycan
Xınalığa səyahət etmək üçün yolsuzluq avtomobili lazımdır

Ancaq dar yol birbaşa dağ yamacı boyu uzanır, aşağıda isə daş və qayalıqlardan ibarət uçurum görünür. Yolun bəzi yerlərində sərt eniş və yoxuşlar var, uzaqdan hərəkət edən avtomobillər sanki dəri üzərində gəzişən qarışqanı xatırladır. Bundan əlavə, sürücü serpantinin kəskin döngələrini yaxşı bilməlidir.

Kəndin yerləşdiyi zirvəyə gedən yolda bir neçə dağ kəndi, Qudyalçay üzərindəki körpülər və əlbəttə ki, sonsuz dağlar var. Burada ağac demək olar ki, yoxdur. Burada torpaq münbit deyil, daşlıdır. Ona görə də bu ərazilərin sakinləri yalnız maldarlıqla məşğul olur.

Başqa dünya

Daha bir neçə kilometrlik sərt yamacları arxada qoyduqdan sonra nəhayət, məşhur Xınalıq kəndinə çatırıq. İlk olaraq gözə qədim qəbiristanlıq çarpır. Burada cəmi 8 nəfərin qəbri var. Onların hər biri müəyyən bir nəsilə aiddir. Məzar daşlarını qayalardan qopmuş adi daşlar əvəz edir. Sonra kəndin girişi başlayır. Qeyd etmək lazımdır ki, çəkildiyi 13 il ərzində yol öz işini görüb. Burada çay evləri meydana gəlib. Xınalıqlılar turistlərə görə hətta ingilis dilində bəzi ifadələri də öyrəniblər, divarlara qırmızı boya ilə "Tea Haus" yazıblar. Bu isə əlbəttə ki, yerli tərəqqinin bir əlamətidir.

Əgər başınızı qaldırıb buradakı dağların zirvələrinə baxsanız, o "inci"nin dəyərini anlayarsınız və başa düşərsiniz ki, bunun üçün on kilometrlərlə məsafəni qət etməyə dəyər. Bu qədim yaşayış məskəni öz yerində eynən bir çox əsrlər əvvəl olduğu kimi qalıb. Buradakı evlər çay daşından və qaya parçalarından tikilib. Bir evin düz damı digəri üçün bir həyət rolunu oynayır. Bir anda bir neçə dik yol kəndin müxtəlif istiqamətlərinə aparır. Əhali dağlara dırmaşmağa vərdiş etdiyindən, yuxarılara asanlıqla qalxırlar. Görünür, bu səbəbdən də onların bir özəlliyi inkişaf edib: burada insanlar demək olar ki, piylənmədən əziyyət çəkmirlər, Bundan əlavə, onların yaxşı əzələli və möhkəm ayaqları var. Uşaqlar üçün aşağı-yuxarı qaçmaq isə əsl əyləncədir.

© Sputnik / Zarina IbragimhalilovaQaz və odunun olmadığı dağlıq yerdə böyük otaqları isitmək çətindir.
Qaz və odunun olmadığı dağlıq yerdə böyük otaqları isitmək çətindir. - Sputnik Azərbaycan
1/9
Qaz və odunun olmadığı dağlıq yerdə böyük otaqları isitmək çətindir.
© Sputnik / Zarina IbragimhalilovaYerli sakin Gülməmməd Yarməmmədov.
Yerli sakin Gülməmməd Yarməmmədov. - Sputnik Azərbaycan
2/9
Yerli sakin Gülməmməd Yarməmmədov.
© Sputnik / Zarina IbragimhalilovaBakıdan bu kəndə getmək üçün dörd saatdan artıq vaxt tələb olunur
Bakıdan bu kəndə getmək üçün dörd saatdan artıq vaxt tələb olunur - Sputnik Azərbaycan
3/9
Bakıdan bu kəndə getmək üçün dörd saatdan artıq vaxt tələb olunur
© Sputnik / Zarina IbragimhalilovaBurada yalnız elektrik, həyətlərdə su, mobil telefon və bir mağaza var.
Burada yalnız elektrik, həyətlərdə su, mobil telefon və bir mağaza var. - Sputnik Azərbaycan
4/9
Burada yalnız elektrik, həyətlərdə su, mobil telefon və bir mağaza var.
© Sputnik / Zarina IbragimhalilovaKeçilər, inəklər, atlar və toyuqlar onların mövcudluğunun və qidalarının yeganə təbii mənbəyidir.
Keçilər, inəklər, atlar və toyuqlar onların mövcudluğunun və qidalarının yeganə təbii mənbəyidir. - Sputnik Azərbaycan
5/9
Keçilər, inəklər, atlar və toyuqlar onların mövcudluğunun və qidalarının yeganə təbii mənbəyidir.
© Sputnik / Zarina IbragimhalilovaXınalıq sakinləri özləri də bilmədən turistlər üçün böyük maraq doğururlar.
Xınalıq sakinləri özləri də bilmədən turistlər üçün böyük maraq doğururlar. - Sputnik Azərbaycan
6/9
Xınalıq sakinləri özləri də bilmədən turistlər üçün böyük maraq doğururlar.
© Sputnik / Zarina IbragimhalilovaXınalıq
Xınalıq - Sputnik Azərbaycan
7/9
Xınalıq
© Sputnik / Zarina IbragimhalilovaEvlərə gedən bütün cığırlar peyinlə örtülüb.
Evlərə gedən bütün cığırlar peyinlə örtülüb. - Sputnik Azərbaycan
8/9
Evlərə gedən bütün cığırlar peyinlə örtülüb.
© Sputnik / Zarina IbragimhalilovaKəndə çəkilən dağ yolu ilə bura qismən sivilizasiya gəlib, lakin onların həyat tərzini bir o qədər də dəyişməyib.
Kəndə çəkilən dağ yolu ilə bura qismən sivilizasiya gəlib, lakin onların həyat tərzini bir o qədər də dəyişməyib. - Sputnik Azərbaycan
9/9
Kəndə çəkilən dağ yolu ilə bura qismən sivilizasiya gəlib, lakin onların həyat tərzini bir o qədər də dəyişməyib.
1/9
Qaz və odunun olmadığı dağlıq yerdə böyük otaqları isitmək çətindir.
2/9
Yerli sakin Gülməmməd Yarməmmədov.
3/9
Bakıdan bu kəndə getmək üçün dörd saatdan artıq vaxt tələb olunur
4/9
Burada yalnız elektrik, həyətlərdə su, mobil telefon və bir mağaza var.
5/9
Keçilər, inəklər, atlar və toyuqlar onların mövcudluğunun və qidalarının yeganə təbii mənbəyidir.
6/9
Xınalıq sakinləri özləri də bilmədən turistlər üçün böyük maraq doğururlar.
7/9
Xınalıq
8/9
Evlərə gedən bütün cığırlar peyinlə örtülüb.
9/9
Kəndə çəkilən dağ yolu ilə bura qismən sivilizasiya gəlib, lakin onların həyat tərzini bir o qədər də dəyişməyib.

Bir şəhər sakini üçün bu qəsəbəyə qalxmaq daha bir sınaqdır. Bir necə dəfə dayanmaq və nəfəsini dərmək lazım gəlir. Ancaq məlum olduğu kimi, mümkün olmayan heç nə yoxdur, çətinlik çəkəndə kömək üçün yerli sakinlərə müraciət etmək olar. Onların evləri bir və ikimərtəbəlidir. Birinci mərtəbədən mütləq tövlə kimi istifadə edirlər. Burada heyvanları saxlayırlar. Eyni zamanda heyvanlar ikinci mərtəbədə yaşayan sakinlər üçün əsl təbii qızdırıcı rolunu oynayır. Orada otaqlar xırda və sıx-sıxdır, pəncərələri isə balacadır. Sakinlər bunu onunla izah edirlər ki, qaz və odunun olmadığı dağlıq yerdə böyük otaqları isitmək çətindir. Burada yalnız elektrik, həyətlərdə su, mobil telefon və bir mağaza var. Kəndə çəkilən dağ yolu ilə bura qismən sivilizasiya gəlib, lakin onların həyat tərzini bir o qədər də dəyişməyib.

© Sputnik / Zarina IbragimhalilovaBir şəhər sakini üçün bu qəsəbəyə qalxmaq daha bir sınaqdır
Qızıldan qiymətli peyin, yaxud üstü bəzək, altı təzək - Sputnik Azərbaycan
Bir şəhər sakini üçün bu qəsəbəyə qalxmaq daha bir sınaqdır

Ağır həyat şərtləri insanları qorxutmur. Burada iki mindən artıq yerli sakin yaşayır. Gözümüzün qabağında çoxlu uşaqlar dolaşırlar, hamısı da şuxdurlar və bir-birlərinə bənzəyirlər. Görünür, onlar kompakt yaşadıqlarından, doğma və yaxın qohumlardır. Onların əsas danışıq dili Xınalıq dilidir (kətşi mi). Bu, mövcud Qafqaz dillərindən heç birinə bənzəmir. Bununla yanaşı, xınalıqlıların çoxu əlavə olaraq Azərbaycan dilini bilir. Xüsusilə də yerli məktəbdə təhsil alan uşaqlar Azərbaycan dilini yaxşı bilirlər.

Xüsusi məişət

Yerli əhalinin əsas fəaliyyət növü maldarlıqdır. Keçilər, inəklər, atlar və toyuqlar onların mövcudluğunun və qidalarının yeganə təbii mənbəyidir. Evlərə gedən bütün cığırlar peyinlə örtülüb. Burada peyin lazım olduğundan çoxdur. Yerli qadınlar bu peyini toplayaraq quru otla qarışdırır və yayda onu mümkün olan hər yerə sərərək qurudurlar. Hər yerə təzək yapışdırılıb. Təzəyə evlərin divarlarında və damlarında rast gəlmək mümkündür. Qışda qurumuş təzəyi (gərmə) sobada yandırır, ondan yemək bişirmək və qızınmaq üçün istifadə edirlər. Kənddə odun yoxdur. Qış isə yayın ortalarına qədər uzanır. Həmin vaxta - qar əriyənə qədər isə kəndin avtomobil yolları bağlı olur.

Bu gün Xınalığın ən varlı sakinləri heyvanlardan əlavə həm də "Niva" markalı yolsuzluq avtomobili olanlardır. Bu avtomobillərlə zərurət olduğunda sivilizasiyaya yaxın getmək mümkündür.

© Sputnik / Zarina IbragimhalilovaBu gün Xınalığın ən varlı sakinləri heyvanlardan əlavə həm də "Niva" markalı yolsuzluq avtomobili olanlardır
Qızıldan qiymətli peyin, yaxud üstü bəzək, altı təzək - Sputnik Azərbaycan
Bu gün Xınalığın ən varlı sakinləri heyvanlardan əlavə həm də "Niva" markalı yolsuzluq avtomobili olanlardır

Yerli sakin Gülməmməd Yarməmmədovun sözlərinə görə, əvvəllər əhali əkinçiliklə məşğul olub. Aşağıda, çayın yanında əkin sahələri olub. İndi orada evlər tikilib və kənd sakinləri heyvandarlıq hesabına dolanmağa başlayıblar. Onlar əsasən qoyun saxlayırlar, sonra isə onu aşağılarda satırlar. Heyvanlardan götürdükləri süd, pendir, yumurta və ət yerli əhalinin əsas qida rasionunu təşkil edir. Bundan başqa, uşaqlar dağlarda yalnız özlərinə məlum olan otların köklərini toplayırlar və bunu çay adlandırırlar. Həmin bitkiləri yuyub qurudaraq qışda çay kimi dəmləyib içirlər.

Bu kənddə həyat çox sadədir. Evdəki bütün işləri qadınlar görür, kişilər isə heyvanları otarır. Buranın qadınları çox utancaqdır və gəlmələrin onların şəkillərini çəkməsini xoşlamırlar. Oğlan uşaqları istənilən yolla turistləri öz evlərinə tərəf döndərməyə çalışırlar. Misal üçün, əlində fotoaparat olan bir jurnalist görəndə hiylə işlədərək ona kəndə getməməyi tövsiyə edirlər, deyirlər ki, orada böyük, qəzəbli və adamı tutan küçə itləri var. Lakin əvvəl-axır kənddə onların dediyi itə rast gəlmədik.

Dəmirçi kəndi - Sputnik Azərbaycan
CƏMİYYƏT
Adı əhalisinin sənətinə bağlı olan kənd – Dəmirçidə dəmirçi ilə söhbət

Çiçəklənən turizm

Xınalıq sakinləri özləri də bilmədən turistlər üçün böyük maraq doğurublar. Yarməmmədovun sözlərinə görə, yayda kəndə minlərlə turist gəlir. Onların arasında hətta İsrail və Amerika Birləşmiş Ştatlarından gələnlər də var. Bu gün kəndlilər yeni fəaliyyət növünü - turizmi öyrənirlər. Bəziləri evlərini otel tipinə uyğunlaşdırıblar.

"Budur, aşağıdakı evi görürsünüz. Bu, oteldir, qoruğun direktorunun qardaşınındır. O özü buradan köçüb, evi isə kirayəyə verir", - deyə kənd sakini bildirir. Bundan başqa, digər kəndlilər də öz evlərini kirayəyə verirlər. Xınalıqlıların evində bir gecə qalmaq qida da daxil olmaqla 30 manatdır.

Yarməmmədovun dediyinə görə, insanlar bura təkcə baxmağa gəlmirlər, həm də təmiz dağ havası udmağa gəlirlər.

Yeri gəlmişkən, Dövlət Turizm Agentliyi (DTA) Xınalıq tarixi-etnoqrafiya qoruğunu turizm mərkəzinə çevirmək niyyətindədir. Agentliyin rəhbəri Fuad Nağıyev şəxsən bildirdi ki, DTA dövlət başçısına təqdim ediləcək xüsusi konsepsiya hazırlayır.

Nardaran kəndi - Sputnik Azərbaycan
CƏMİYYƏT
Adı Bakıdan olan kənd

Xınalıqlıların unikallığı

Bu gün yerli əhali islam dininə sitayiş edir. Xınalıqda Şeyx Şalbuz və Əbu Müslim məscidləri fəaliyyət göstərir. Amma əsrlər əvvəl burada əhali oda sitayiş edib. Kəndin yaxınlığında orta əsrlərə aid atəşpərəstlik məbədi var. Belə bir əfsanə dolaşır ki, indiki xınalıqlılar Nuh peyğəmbərin nəslindəndilər. Vaxtilə Nuhun gəmisi Xınalıq ərazisində yerləşib.

Xınalıqlılar özlərini Nuh peyğəmbərin nəslindən olanlar hesab edirlər. Onların fikrincə, Nuh peyğəmbərin tufanı dövründə Ketş kəndi Ketş dağlarında yerləşirdi. Sonra Allahın törətdiyi zəlzələ zamanı orada heç bir ev salamat qalmayıb, bütün evlər dağılıb. Əhalinin çox hissəsi həlak olub. Sağ qalanlar isə çayı keçərək kiçik bir təpəyə qalxıblar və beləliklə də Xınalıq yaranıb. Xınalıqlılar hesab edilər ki, tufandan sonra Nuhun oğulları – Sam və Ham müxtəlif yerlərə köç ediblər. Yalnız Yafət öz oğulları ilə həmin yerlərdə qalıb və buradan da Qafqaz xalqları törəyib. Dəniz səviyyəsindən 2000 metrdən də artıq yüksəklikdə yerləşən kənd ərazisində rast gəlinən balıqqulağı və daşlaşmış balıq sümüklərini xınalıqlılar bu rəvayətin təsdiqi kimi göstərirlər. Onların fikrincə, bunlar bir vaxtlar baş vermiş tufan və daşqından xəbər verir.

Qazax sakini öz icadlarıyla kənd işlərini necə asanlaşdırdı  - Sputnik Azərbaycan
VİDEO
Qax sakini öz icadlarıyla kənd işlərini necə asanlaşdırdı

Yeri gəlmişkən, Arxeologiya və Etnoqrafiya İnstitutunun məlumatına görə, beş il ərzində alimlər oradan antik dövrlərə - eramızdan əvvəl 3-cü minilliyə aid 15 qəbir aşkarlayıblar. Bəzi qəbirlərdən qədim Misir üsulu ilə hazırlanmış gözmuncuqları tapılıb. Qədim dövrlərdə buranın qadınları geniş hüquqlara malik idilər, hətta özlərini qorumaq üçün silahdan da istifadə edirdilər.

Xınalıq kəndi 2007-ci ildə Dünya Abidələr Fondunun nəzarət edilən abidələr siyahısına salınıb.

Xınalıq kəndinin tarixi ərazisi Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 2007-ci il tarixli, 2563 nömrəli Sərəncamı ilə "Xınalıq" Dövlət tarix-memarlıq və etnoqrafiya qoruğu elan edilib. AR Nazirlər Kabinetinin 2008-ci il 19 sentyabr tarixli 220 nömrəli qərarı ilə isə "Azərbaycan Respublikasının "Xınalıq" Dövlət tarix-memarlıq və etnoqrafiya qoruğunun Əsasnaməsi" təsdiq edilib.

Xəbər lenti
0