CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Tanınmış yazıçı: "Mən kişiləri niyə sevim ki?"

© Sputnik / Murad OrujovYazıçı Çingiz Abdullayev
Yazıçı Çingiz Abdullayev - Sputnik Azərbaycan
Abunə olmaq
"Baxın, aradan keçən 1500 ildə nə qədər şahlar, sultanlar gəlib gediblər dünyadan, amma birini də İmam Hüseynə yaxın buraxmayıblar"

BAKI, 16 sentyabr — Sputnik. "Bəzən çoxlu şəkil çəkdirəndə məndən soruşurlar ki, siz qadınlarla şəkil çəkdirirsiniz, bəs kişiləri sevmirsiniz? Mən dürüst, təmiz insan olsaydım, deyərdim ki, mən 32 ildir evliyəm, böyük uşaqlarım var, kişiləri niyə sevməliyəm ki? Təbii ki, qadınları sevəcəm. Amma belə də demək olmaz. Çünki mənim "Facebookda" 41 ölkədən dostlarım var. Bilirsiniz, tolerantlıq, multikultiralizm var. Buna görə yazıram ki, "yox mən kişiləri də sevirəm", neyləyək indi belədir də. Yazıçı insanları sevməli, onların tərəfində olmalıdır. Yaxşı yazıçı xalqın ədəbiyyatda vəkilidir".

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə yazıçı Çingiz Abdullayev bu gün Bakı Sərnişin Vağzalında keçirilən imza mərasimində qeyd edib.

O, bildirib ki, 2000 ildən sonra bu xalqın tarixini, necə yaşadığını yazılarla oxuyub biləcəklər: "Hər dəfə Gəncəyə gedəndə şair Nizami Gəncəvinin məqbərəsini görəndə buna daha çox inanıram. Mən Kərbəlada olmuşam. İmam Əli, İmam Hüseyn məscidlərinə getmişəm. Füzulini İmam Hüseyn məscidində dəfn ediblər. Baxın, aradan keçən 1500 ildə nə qədər şahlar, sultanlar gəlib gediblər dünyadan, amma birini də İmam Hüseynə yaxın buraxmayıblar. Görünür ki, yaxşı şairlər, yazıçılar xalq üçün hər zaman dəyərli olublar".

Xəbər lenti
0