CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Alekseyevkada Bilik Günü – Nazir yüzlərlə uşağı sevindirdi

© Sputnik / Leyla Abdullayeva Rəhman Məmmədov adına Alekseyevka kənd tam orta məktəbinin açılış mərasimində
 Rəhman Məmmədov adına Alekseyevka kənd tam orta məktəbinin açılış mərasimində  - Sputnik Azərbaycan
Abunə olmaq
Prezidentin sərəncamı ilə Qubanın Alekseyevka kəndində 950 şagird üçün üçmərtəbəli məktəb tikilib

Leyla Abdullayeva, Sputnik Azərbaycan

BAKI, 16 sentyabr — Sputnik. Bu gün Təhsil naziri Ceyhun  Bayramov Qubanın Alekseyevka kəndində 3 mərtəbəli məktəbin açılışını edib.

Sputnik Azərbaycan-ın bölgə müxbirinin verdiyi məlumata görə, açılış mərasimini giriş sözü ilə açan Təhsil naziri bu gün ölkədə gözəl bir gün - uşaqlarımızı irəliyə aparan Bilik Günü olduğunu xüsusi qeyd edərək kollektivi, bütün müəllim və şagirdləri ürəkdən təbrik edib. Nazir çıxışında qeyd edib ki, ölkədə aparılan islahatlar nəticəsində 2019-cu ildə 84 orta məktəb tikilib və bu gün onlardan 43-ü istifadəyə verilib, 41-i isə ilin sonunadək hazır olaraq istifadəyə veriləcək.

© Sputnik / Leyla AbdullayevaCeyhun Bayramov, arxiv şəkli
Джейхун Байрамов, фото из архива - Sputnik Azərbaycan
1/3
Ceyhun Bayramov, arxiv şəkli
© Sputnik / Leyla AbdullayevaQuba rayonu Rəhman Məmmədov adına Alekseyevka kənd tam orta məktəbi
Quba rayonu Rəhman Məmmədov adına Alekseyevka kənd tam orta məktəbi - Sputnik Azərbaycan
2/3
Quba rayonu Rəhman Məmmədov adına Alekseyevka kənd tam orta məktəbi
© Sputnik / Leyla Abdullayeva Rəhman Məmmədov adına Alekseyevka kənd tam orta məktəbinin açılış mərasimində
 Rəhman Məmmədov adına Alekseyevka kənd tam orta məktəbinin açılış mərasimində  - Sputnik Azərbaycan
3/3
Rəhman Məmmədov adına Alekseyevka kənd tam orta məktəbinin açılış mərasimində
1/3
Ceyhun Bayramov, arxiv şəkli
2/3
Quba rayonu Rəhman Məmmədov adına Alekseyevka kənd tam orta məktəbi
3/3
Rəhman Məmmədov adına Alekseyevka kənd tam orta məktəbinin açılış mərasimində

Ceyhun Bayramov ölkədə təhsil strategiyasının inkişafında xüsusi xidmətlərinə görə 150 minlik müəllim ordusu adından Prezident İlham Əliyevə təşəkkür edib və onun 18 iyun 2019-cu il tarixli Sərəncamı ilə 1 sentyabr tarixindən müəllimlərin əmək haqqının bir daha artırılmasını təqdirəlayiq hal hesab etdiyini xüsusi vurğulayıb. Nazir Qubadan bütün ölkə müəllim və şagirdlərinə Bilik günü münasibətilə təbrikini çatdırıb.

Tədbirdə çıxış edən Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev rayon ictimaiyyəti, Alekseyevka kənd sakinləri və müəllimləri adından kənddə hər cür şəraiti olan müasir, yeni məktəb binasının inşasına görə ölkə rəhbəri İlham Əliyevə xüsusi minnətdarlığını bildirib. İcra başçısı qeyd edib ki, Prezidentin 11 oktyabr 2018-ci il tarixli Sərəncamından sonra Alekseyevka  kəndində üçmərtəbəli yeni məktəb inşa olunub. Linqafon kabineti, 2 emalatxana, 2 laboratoriya, idman zalı, 450 yerlik akt zalı və geniş sinif otaqları 960 şagirdin və 75 müəllimin istifadəsinə verilib.

Xəbər lenti
0