CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Heç bilirsiniz neçə nəfər olduq?

© Sputnik / Murad OrujovЛюди на Площади фонтанов в Баку
Люди на Площади фонтанов в Баку - Sputnik Azərbaycan
Abunə olmaq
Əhalinin 52,8 faizini şəhər, 47,2 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir

BAKI, 16 sentyabr — Sputnik. Azərbaycan əhalisinin sayı açıqlanıb.

Dövlət Statistika Komitəsindən Sputnik Azərbaycan-a verilən məlumata görə, bu ilin əvvəlindən ölkə üzrə əhalinin sayı 46417 nəfər və ya 0,5 faiz artaraq 2019-cu il avqust ayının 1-i vəziyyətinə 10027874 nəfərə çatıb.

Əhalinin 52,8 faizini şəhər, 47,2 faizini kənd sakinləri, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir. Əhalinin bir kvadrat kilometrə düşən sayı 116 nəfər olub.

Xəbər lenti
0