05:45 17 Oktyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0264
  • EUR1.8751
İmtahan, arxiv şəkli

Hakim olmaq istəyənlər imtahan verdilər

© Sputnik / Aleksandr Kryazhev
CƏMİYYƏT
Qısa URL
37 0 0

İmtahanın nəticələri hər bir namizədə o, sualları cavablandırdıqdan dərhal sonra elan olunmaqla müvafiq arayış təqdim edilib

BAKI, 15 sentyabr - Sputnik. Sentyabrın 15-də Dövlət İmtahan Mərkəzində beynəlxalq və yerli müşahidəçilərin, o cümlədən vətəndaş cəmiyyəti nümayəndələrinin, televiziya və mətbuat təmsilçilərinin iştirakı ilə hakimliyə namizədlərlə test imtahanı keçirilib. Namizədlər imtahan zamanı onlar sualları müasir texnologiyaların tətbiqi ilə, fərdi qaydada, kompüter vasitəsilə cavablandırıblar.

İmtahanın nəticələri hər bir namizədə o, sualları cavablandırdıqdan dərhal sonra elan olunmaqla müvafiq arayış təqdim edilib, habelə nəticələr Məhkəmə-Hüquq Şurasının internet səhifəsində yerləşdirilib. Həmçinin, imtahan www.jlc.gov.az saytı vasitəsilə “on-line” rejimində birbaşa yayımlanıb.

İmtahanda 60 və daha artıq bal toplayaraq uğur qazanmış 158 hakimliyə namizəd müsabiqənin növbəti mərhələsinə buraxılıb. Proses müşahidəçilər tərəfindən şəffaf prosedur kimi yüksək dəyərləndirilib.

Eyni zamanda Hakimlərin Seçki Komitəsi bildirir ki, hakimliyə namizədlərin sənədlərinin qəbulu və müsabiqə davamlı olaraq həyata keçiriləcəkdir. Bununla əlaqədar hakim olmaq arzusunda olan hüquqşünaslar sənədlərini təqdim etməyə dəvət olunurlar.

Əsas mövzular