CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İstirahət gününün havası: tədbirli olun

© Sputnik / Murad OrujovДождливая погода в Баку
Дождливая погода в Баку - Sputnik Azərbaycan
Abunə olmaq
Bazar günü əksər rayonlara, eləcə də Bakıya sinoptiklər yağış söz veriblər. İlk dərs gününün isə küləkli olacağı bildirilir

BAKI, 14 sentyabr — Sputnik. Sentyabrın 15-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, səhər və axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Mülayim cənub küləyi əsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mi­lli Hidrometeorologi­ya Departamentindən Sputnik Azərbaycan-a verilən məlumata görə, havanın temperaturu gecə 16-20° isti, gündüz 24-27° isti, Bakıda gecə 16-18° isti, gündüz 25-27° isti təşkil edəcək. 

Топление сливочного масла - Sputnik Azərbaycan
Yemək festivalı burunlarından gəldi - yağla yağış insanları pərən-pərən saldı
Atmosfer təzyiqi normadan yüksək 763 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 55-65% olacaq. 

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Lakin axşam bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı ehtimalı var. Səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 13-17° isti, gündüz 24-29° isti, dağlarda gecə 5-10° isti, gündüz 10-15° isti təşkil edəcək.

İlk dərs gününə təsadüf edən sentyabrın 16-da isə hava şəraitinin küləkli olacağı ehtimal olunsa da, bu barədə daha dəqiq məlumat sentyabrın 15-də veriləcək.

Xəbər lenti
0