23:59 19 Sentyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0264
  • EUR1.8766
Məktəb, arxiv şəkli

Məktəblərdə nazirin daha bir əmrinin icrasına başlanılıb

© Official website of President of Azerbaijan Republic
CƏMİYYƏT
Qısa URL
13 0 0

Bölmə iclaslarının təşkil olunmasında əsas məqsəd təhsil işçilərinin respublika konfransından irəli gələn məsələləri, həmçinin, ötən tədris ilinin yekunlarını və yeni dərs ilində qarşıda duran vəzifələri müzakirə etmək, təkliflər hazırlamaqdan ibarətdir

BAKI, 13 sentyabr — Sputnik. Bakı şəhərindəki ümumi təhsil müəssisələrinin təlim-tərbiyə işləri üzrə direktor müavinləri, tərbiyə işləri üzrə direktor müavinləri (təşkilatçılar), Azərbaycan dili, riyaziyyat, İngilis dili fənləri üzrə metodbirləşmə sədrləri və psixoloqlar üçün keçirilən bölmə iclasları davam edir. Bu barədə Sputnik Azərbaycan-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

Məlumatda qeyd edilir ki, təlimə Dəstək Mərkəzi metodistlərinin moderatorluğu ilə keçirilən iclaslar sentyabrın 13-də Bakının Xəzər, Pirallahı, Sabunçu, Suraxanı, Xətai, Nizami rayonlarını əhatə edir. Qeyd edək ki, Qaradağ, Yasamal, Səbail, Nəsimi, Nərimanov və Binəqədi rayonları üzrə bölmə iclasları isə sentyabrın 12-də keçirilib. Bölmə iclaslarının təşkil olunmasında əsas məqsəd təhsil işçilərinin respublika konfransından irəli gələn məsələləri, həmçinin, ötən tədris ilinin yekunlarını və yeni dərs ilində qarşıda duran vəzifələri müzakirə etmək, təkliflər hazırlamaqdan ibarətdir. Bölmə iclaslarında 2019-2020-ci dərs ilində Təhsil Nazirliyinin "Ümumi təhsil sahəsində 2018-2019-cu dərs ilinin prioritet fəaliyyət istiqamətləri barədə" əmrində və "Müasir dövrdə ümumtəhsil məktəb şagirdlərinin tərbiyəolunma sisteminin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" əmri ilə təsdiq olunmuş Fəaliyyət Planında müəyyən olunmuş hədəflərin yerinə yetirilməsi üzrə işlərin daim diqqətdə saxlanılması, məktəb idarəetməsi, perspektiv planların hazırlanması, tədrisin təşkilində müasir metodlardan istifadə edilməsi üçün təşkilati işlərin aparılması, dərslik və proqramlar, fənn kurikulumlarının tətbiqi kimi məsələlərə toxunulur. Görüşdə qeyd edilən məsələlərlə bağlı müzakirələr aparılır, rəy və təkliflər irəli sürülür. Onu da qeyd edək ki, bölmə iclaslarında səsləndirilən rəy və təkliflər ümumiləşdirilərək müvafiq tədbirlərin görülməsi üçün Bakı Şəhəri üzrə Təhsil İdarəsinə təqdim olunacaq.

Əsas mövzular