00:01 20 Sentyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0264
  • EUR1.8766
Əlil, arxiv şəkli

Baş nazir əlillərlə bağlı “ağlabatan uyğunlaşdırılma” qərarı verdi

CC0 / Donations_are_appreciated / wheelchair
CƏMİYYƏT
Qısa URL
35 0 0

Monitorinqin nəticələri əsasında əlilliyi olan şəxslərin tələbatını ödəməyən obyektlərin və binaların siyahısı və tələb olunduğu hallarda həmin obyektlərə və binalara dair yenidənqurma işlərinin aparılması ilə bağlı təkliflər hazırlanır

BAKI, 13 sentyabr — Sputnik. İnfrastruktur obyektlərinin, yaşayış binalarının layihələndirilməsi, tikintisi zamanı əlilliyi olan şəxslərin tələbatının nəzərə alınmasına, istismarda olan infrastruktur obyektlərinin və yaşayış binalarının əlilliyi olan şəxslərin istifadəsi üçün ağlabatan uyğunlaşdırılmasına nəzarət qaydası təsdiq edilib.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.

Qeyd edək ki, qayda "Əlilliyi olan şəxslərin hüquqları haqqında" qanunun 17-ci maddəsinə uyğun olaraq hazırlanıb.

Eyni zamanda, infrastruktur obyektlərinin, yaşayış binalarının layihələndirilməsi və tikintisi zamanı əlilliyi olan şəxslərin tələbatının nəzərə alınmasına xidmət edir.

Qərar Azərbaycan Prezidentinin 2018-ci il 6 noyabr tarixli 326 nömrəli fərmanının 3.1.3-cü yarımbəndinin icrasını təmin etmək məqsədilə verilib.

Qərara görə, infrastruktur obyektlərinin və yaşayış binalarının istismar zamanı əlilliyi olan şəxslərin istifadəsi üçün ağlabatan uyğunlaşdırılmasına nəzarət yerli icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir.

İnfrastruktur obyektlərinin və yaşayış binalarının istismar zamanı əlilliyi olan şəxslərin istifadəsi üçün ağlabatan uyğunlaşdırılmasını təmin etmək məqsədilə yerli icra hakimiyyəti orqanları tərəfindən yarımildə ən azı 1 (bir) dəfə monitorinqin aparılması təmin edilir.

Monitorinq zamanı müvafiq infrastruktur obyektlərinin və yaşayış binalarının əlilliyi olan şəxslərin istifadəsi üçün ağlabatan uyğunlaşdırılması məqsədilə həmin obyektlərə vizual və ya tələb olunduğu hallarda instrumental baxışlar keçirilərək, obyektlərin mövcud vəziyyətinin qiymətləndirilməsi həyata keçirilir.

Monitorinqin nəticələri əsasında əlilliyi olan şəxslərin tələbatını ödəməyən obyektlərin və binaların siyahısı və tələb olunduğu hallarda həmin obyektlərə və binalara dair yenidənqurma işlərinin aparılması ilə bağlı təkliflər hazırlanır.

Əsas mövzular