CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakı-Sumqayıt qatarının cədvəlində mühüm dəyişiklik

© Sputnik / Murad OrujovПоезд Stadler на бакинском железнодорожном вокзале
Поезд Stadler на бакинском железнодорожном вокзале - Sputnik Azərbaycan
Abunə olmaq
Sosial sifarişlər nəzərə alınaraq, birinci növbədə oxuyan tələbələrin dərsdən sonra daşınması üçün saat 15:00-a da qatar təyin edilir

BAKI, 13 sentyabr — Sputnik. Yeni dərs ili ilə əlaqədar dəmir yolunda gücləndirilmiş iş rejimi tətbiq olunub. Bu barədə Sputnik Azərbaycan-a "Azərbaycan Dəmir Yolları" QSC Mətbuat katibliyi şöbəsinin rəisi Natəvan Bayramova məlumat verib.

O, qeyd edib ki, 16 sentyabr 2019-cu ildən Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının yeni hərəkət cədvəlinə keçəcək.

Гянджинский железнодорожный вокзал. Архивное фото - Sputnik Azərbaycan
HADİSƏ
Gəncədə qatar vaqonları yanmağa başlayıb

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin kollektivi Yeni dərs ilinin başlanması ilə əlaqədar gücləndirilmiş iş rejimində çalışır. Bu günlərdə dəmir yolunun xidmətlərindən istifadə etmək istəyənlərin sayı artdığından, ölkə daxilində hərəkət edən sərnişin qatarlarına hər gün tələbata uyğun olaraq əlavə vaqonların qoşulması təmin edilir. Eyni zamanda, 16 sentyabr 2019-cu ildən etibarən Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının hərəkət cədvəlinə dəyişiklik edilir" – deyə o bildirib.

Natavan Bayramovanın sözlərinə görə, yeni hərəkət cədvəlinə əsasən Bakı-Sumqayıt-Bakı marşrutu ilə işləyən elektrik qatarlarının dövriyyəsi artırılır. Gün ərzində bu marşrutla 15 cüt elektrik qatarı hərəkətdə olacaq. Eləcə də, sosial sifarişlər nəzərə alınaraq, birinci növbədə oxuyan tələbələrin dərsdən sonra daşınması üçün saat 15:00-a da qatar təyin edilir.

Bir daha sərnişinlərin nəzərinə çatdırırıq ki, sərnişin qatarlarına bilet satışı 10 gün qabaqcadan, əlavə vaqonlara isə bilet satışı həmin vaqonlar qatara qoşulan gün həyata keçirilir.

Xəbər lenti
0