CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bunu məcburən etsəniz də, qazanan sizsiniz...

© Sputnik / Irade JELILFövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin yanğına qarşı təbliğat şöbəsinin rəisi Elnur Babayev
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin yanğına qarşı təbliğat şöbəsinin rəisi Elnur Babayev - Sputnik Azərbaycan
Abunə olmaq
Sökülməsi barədə dövlət və yerli özünüidarəetmə orqanlarının qərar verdiyi, tikintisi başa çatmayan, qəzalı vəziyyətdə olan, qanunvericiliklə icazə verilməyən yerlərdə inşa edilmiş daşınmaz əmlaklar icbari sığortaya cəlb olunmur

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 12 sentyabr — Sputnik. Bəşəriyyət yarandığı gündən insanlar bir çox təbii fəlakətlər, yanğın, zəlzələ və digər təbii və texnogen hadisələrlə rastlaşıblar.

Heç şübhəsiz, kainatda baş verən bu cür gözlənilməz hadisələr bir sıra ağır fəsadlar törədib, dağıntılara və tələfatlara səbəb olub. Baş verən hadisələr mülkiyyət hüququndan asılı olmayaraq, insanlara külli miqdarda ziyan vurub. Hətta elm və texnikanın ildən-ilə inkişaf etdiyi müasir dövrdə belə, təbii fəlakətlərin, gözlənilməz hadisələrin dövlətin və insanların əmlakına vurduğu ziyandan, ağır nəticələrdən qaçmaq mümkün deyil. Amma dəymiş ziyanı aradan qaldırmaq mümkündür və bu funksiyanı iqtisadi qurum kimi sığorta təşkilatları həyata keçirir.

Деньги, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Azərbaycanda yeni sığorta növü yaradılır, vəsaiti silməyib gələn ilə saxlayacaqlar

Sığorta şirkətləri hansı halda dəymiş ziyanı ödəyə bilir, icbari sığorta nədir, qanun nə deyir və s. bu kimi suallara cavab tapmaq üçün Sputnik Azərbaycan Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin şöbə rəisi daxili xidmət polkovniki Elnur Babayevlə danışıb.

"Hazırda ölkəmizdə fəaliyyət göstərən sığorta şirkətləri də təbii fəlakətlərdən, yanğından, zəlzələdən və digər gözlənilməz hadisələrdən dəyən zərərin ödənilməsinə sığorta təminatı yaratmaq məqsədilə əhaliyə xidmət göstərir və bu istiqamətdə dövlət tərəfindən ardıcıl tədbirlər həyata keçirilir. Ölkəmizin dinamik inkişafı, həyata keçirilən sosial-iqtisadi islahatlar digər sahələrdə olduğu kimi, sığorta sahəsində də qanunvericilik bazasının möhkəmləndirilməsini təmin edib, bu sahədə bir çox qanunlar, o cümlədən "İcbari sığortalar haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul olunub.

Bu qanun Azərbaycan Respublikasında daşınmaz əmlakın icbari sığortası, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası, daşınmaz əmlak sahiblərinin mülki məsuliyyətinin icbari sığortası və sərnişinlərin icbari sığortası sahəsində sığortaçılar, sığortalılar, sığorta olunanlar və faydalanan şəxslər arasında hüquqi və iqtisadi münasibətləri tənzimləməklə, onların hüquq və mənafelərinin qorunması məqsədilə Azərbaycan Respublikasında qeyd olunan icbari sığorta növlərinin həyata keçirilməsinin ümumi əsaslarını, həmçinin bu növlərin aparılması qaydalarını və şərtlərini müəyyən edir.

Həkim, arxiv şəkli - Sputnik Azərbaycan
SƏHİYYƏ
Dövlət xəstəxanalarında icbari tibbi sığorta ilə bağlı yenilik

- Elnur müəllim, sığorta nədir?

- Sığorta - şəxslərin əmlakı, həyatı, sağlamlığı, mülki məsuliyyəti, həmçinin qanunvericiliklə qadağan olunmayan fəaliyyəti, o cümlədən sahibkarlıq fəaliyyəti ilə əlaqədar olan əmlak mənafelərinin müdafiəsi sahəsində riskin ötürülməsinə və ya bölüşdürülməsinə əsaslanan münasibətlər sistemidir.

Məlum həqiqətdir ki, bütün dünyada olduğu kimi, ölkəmizdə də yanğın hadisəsi baş verir. Təbii ki, bu halda əmlak sahibi həm maddi, həm də mənəvi cəhətdən ziyan çəkir. "İcbari sığortalar haqqında" qanunun əsas məqsədi yanğın və digər hadisələr nəticəsində əmlaka və sağlamlığa vurulan zərərin əvəzini vaxtında ödəməklə onların əmlak mənafelərinin qorunmasından və sosial müdafiəsinə əlavə təminat verilməsindən ibarətdir.

Əlbəttə, sığorta diqqətsizliyimiz nəticəsində baş verəcək hadisələrin qarşısını ala bilməz. Nə də ki, mənəvi cəhətdən bizə dəymiş olan yaralarımızı sağalda bilməz. Lakin bu bədbəxt hadisə nəticəsində dəymiş olan zərəri heç olmasa maddi cəhətdən təmin etmiş olur. Daha doğrusu, sığorta hər hansı gözlənilməz hadisə və ya qəzadan zərərçəkən insanların vəziyyətini bərpa etmək, zərəri aradan qaldırmaq üçün vasitədir.

Yanğın, eləcə də ildırım düşməsi, partlayış və ya bunlarla əlaqədar əmələ gələn tüstü, buxar və ya istilik nəticəsində sığorta olunanın əmlakına, habelə üçüncü şəxslərin əmlakına və sağlamlığına zərərin vurulması sığorta hadisəsi sayılır. "İcbari sığortalar haqqında" qanun sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin əmlakının və üçüncü şəxslər qarşısında mülki məsuliyyətinin həm də yanğından icbari qaydada sığortalanmasını təmin edir.

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Elşad Məmmədov - Sputnik Azərbaycan
Professor sığorta bazarındakı vəziyyətdən danışdı: dövlət ciddi tədbirlər görməlidir

- Məlumat üçün deyim ki, illik sığorta haqqı obyektin qiymətindən asılı olaraq müəyyən olunur. Daşınmaz əmlakın icbari sığortası daşınmaz əmlakın yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı dəyən zərərin əvəzinin ödənilməsi məqsədilə tətbiq edilir. Hüquqi və fiziki şəxslərə məxsus tikililərin, yaşayış və qeyri-yaşayış sahələrinin, yaşayış evləri və binalarının, mənzillərin, habelə siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən dövlət əmlakının sığortası icbaridir. Sökülməsi barədə dövlət və yerli özünüidarəetmə orqanlarının qərar verdiyi, tikintisi başa çatmayan, qəzalı vəziyyətdə olan, qanunvericiliklə icazə verilməyən yerlərdə inşa edilmiş daşınmaz əmlaklar icbari sığortaya cəlb olunmur.

- Sığorta zəmanətinə nələr daxildir?

- Yaşayış binalarının, yaşayış evlərinin və mənzillərin icbari sığortası onların konstruktiv elementlərinə, otaqlarına, o cümlədən şüşələr də daxil olmaqla qapı və pəncərə konstruksiyalarına, su, kanalizasiya və qaz təchizatına, habelə istilik sisteminə aid borulara, rabitə, elektrik və digər naqillərinə sığorta, bəzək elementlərinə, o cümlədən bütün növ xarici, yaxud daxili mala və suvaq işlərinə, divar, tavan və döşəməyə dəyən zərərlərə təminat verir.

- Sığorta hadisəsi dedikdə nə başa düşülür?

Maliyyə hesabatı, arxiv şəkli - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Maaşlar qalxdı, sevinənlər azaldı - sosial sığorta ödənişi üçün ədalətli çözüm aranır

- Daşınmaz əmlakın istismar edilməsi, o cümlədən onun ərazisində inşaat, təmir, yenidənqurma və ya digər işlərin aparılması nəticəsində aşağıdakı hallarda zərərçəkən üçüncü şəxslərin sağlamlığına və əmlakına dəyən zərərin əvəzinin ödənilməsi üzrə mülki məsuliyyətin yaranması faktı sığorta hadisəsi hesab olunur:

- elektrik və qaz cihazlarından istifadə nəticəsində yaranan yanğın, yaxud belə yanğının qarşısının alınması üçün görülən tədbirlərin nəticəsi;

- qaz partlayışı;

- elektrik naqillərində baş verən qısaqapanma;

- su, istilik, kanalizasiya xətlərində baş verən qəza nəticəsində subasma;

- hər hansı predmetin və ya onun hissələrinin düşməsi, atılması, dəyməsi, dağılması, axıdılması və digər bu kimi formalarda təsiri;

- yerüstü nəqliyyat vasitəsinin dəyməsi;

- təbii fəlakətlər - zəlzələ, vulkan, fırtına, qasırğa, tufan, dolu, sel, daşqın, leysan, yer sürüşməsi;

- üçüncü şəxslərin hərəkətləri.

Hirkan Milli Parkında yanğın - Sputnik Azərbaycan
HADİSƏ
Ağsuda da yanğın başladı, FHN səfərbər oldu

- Hansı hallarda sığorta hadisəsi hesab edilmir?

- Əmlakın aşağıdakı hallar nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı digər formada itkisi sığorta hadisəsi hesab olunmur:

- sığortalının, faydalanan şəxsin və ya onların rəhbər işçilərinin hadisənin baş verməsinə yönəldilmiş qəsdən etdiyi hərəkətlər;

- sığortalanmış əmlaka təmir, emal və ya digər istehsalat məqsədləri üçün tətbiq olunan istehsal alovunun, yaxud istiliyin təsiri nəticəsində, eyni zamanda yanğın baş verməmişdirsə, belə əmlaka zərərin dəyməsi;

- hadisə zamanı və ya hadisədən sonra əmlakın hər hansı hissəsinin oğurlanması;

- qrunt sularının səviyyəsinin dəyişməsi;

- suyun borulardan və ya rezervuardan şaxta vurma, aşınma, yeyilmə, tədricən xarab olma, boruların və rezervuarların təmiri, köçürülməsi və ya tutumunun artırılması nəticəsində axması.

Fövqəladə Hallar Nazirliyi  - Sputnik Azərbaycan
CƏMİYYƏT
Gömrük, FHN, DSX və XDMX işçiləri barədə də qərar var

- Sığorta müqaviləsi nədir?

- Mülkiyyətində "İcbari sığortalar haqqında" Qanunun 35.2.-ci maddəsində nəzərdə tutulmuş hər hansı daşınmaz əmlak olan və ya ona faktiki sahibliyi həyata keçirən şəxslər həmin əmlakı bu Qanunun 8.3-cü maddəsini nəzərə almaqla, icbari qaydada sığorta etdirməlidirlər.

Sahibi olduğu daşınmaz əmlakın icbari sığortası müqaviləsini bağlayan və müvafiq icbari sığorta şəhadətnaməsinin adına verildiyi şəxs sığortalı hesab edilir.

Sığorta müqaviləsi sığortalının yazılı ərizəsi və əmlakın dəyəri göstərilməklə sığorta olunmaq üçün təqdim edilən əmlakın siyahısı əsasında sığortaçının nümayəndəsi tərəfindən sığorta olunanın iştirakı ilə sığorta obyektinə baxılmaqla bağlanılır.

Sığortalının əmlakı tam dəyəri ilə sığortaya cəlb edilir. Sığorta müqaviləsi bir il müddətinə bağlanılır.

İcbari sığorta müqaviləsinin bağlanmamasına görə "İnzibati Xətalar Məcəlləsi"ndə mülki məsuliyyət nəzərdə tutulub. "İnzibati Xətalar Məcəlləsi"nin 469.1 madəsində qeyd olunub ki, icbari sığorta qanunvericiliyinə əsasən, müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə - fiziki şəxslər 30 manat, vəzifəli şəxslər 80 manat, hüquqi şəxslər isə 200 manat məbləğində cərimə edilir.

Dövlət İqtisadiyyat Universitetinin professoru Elşad Məmmədov - Sputnik Azərbaycan
Professor: “Ölkəmizdə tibbi sığorta ilə bağlı görülməli işlər çoxdur”

- Fövqəladə Hallar Nazirliyinin bu istiqamətdə vəzifəsi nədir?

- "İcbari sığortalar haqqında" qanunun 75-ci maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini yaşayış binaları, yaşayış evləri və mənzillərin icbari sığortasına münasibətdə müvafiq yerli icra hakimiyyəti orqanları, digər daşınmaz əmlakın icbari sığortası və daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortasına münasibətdə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi həyata keçirir.

Yeri gəlmişkən deyək ki, inkişaf etmiş ölkələrdə sığortaya maraq çoxdur. Çünki həmin ölkələrdə sığorta bazarı uzun illər ərzində formalaşaraq mükəmməl sistemə çevrilib və hamı bu sistemin üstünlüklərini bilir, yeri gəldikdə ondan bəhrələnir. Lakin etiraf edək ki, respublikamızda sığortanın mahiyyəti, əhəmiyyəti hələ də lazımi səviyyədə bəzi insanlar tərəfindən dəyərləndirilmir. Gərək hər kəs bilsin ki, əgər sığorta hadisəsi baş verərsə, əmlakına dəyən ziyanı təkbaşına aradan qaldırmalı, xərclərin hamısını öz üzərinə götürməli olmayacaq, sığorta müqaviləsi bağladığı şirkət ona maddi dəstək verəcək və maliyyə riski ilə üzləşsə, heç də hər şeyi itirməyəcək.

Xəbər lenti
0