CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Təhsilin "kölgədə qalmış" problemi - Söhbət nə kitabdan, nə də müəllimdən gedir

© Sputnik / Ilham AhmadovMirzə Fətəli Axundov adına 1 saylı tam orta məktəb
Mirzə Fətəli Axundov adına 1 saylı tam orta məktəb - Sputnik Azərbaycan
Abunə olmaq
Bu gün əksər məktəblərdə isti yeməklər verilmədiyindən, şagirdlər fast-fud qidalanmaya üstünlük verir

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 12 sentyabr — Sputnik. Yeni tədris ili yaxınlaşdıqca gündəmə gələn mövzulardan biri də, məktəblərdə uşaqların qidalanması məsələsidir. Artıq dünyanın bir sıra ölkələrində məktəb bufetlərinə nəzarət gücləndirilib. Məsələn, bu ildən etibarən Türkiyədə məktəb qidası möhürü olmayan məhsulların bufetlərdə satışı qadağan olunub. Ölkənin Təhsil Nazirliyi bununla bağlı təhsil müəssisələrinə lazımi xəbərdarlıqları edib. Bundan başqa, məktəb bufetlərində ənənəvi olaraq şəkər məhsulları, qızartmalar, qazlı və energetik içkilərin satışı da birmənalı olaraq qadağandır.

İşçilər, arxiv şəkli - Sputnik Azərbaycan
ELM
Təhsil Nazirliyi cəza tədbirlərinə keçib: işdən çıxarır

Bəs görəsən yeni tədris ilindən Azərbaycanda məktəb bufetlərinə nəzarətin gücləndirilməsi nəzərdə tutulurmu?

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) Sputnik Azərbaycanın sorğusuna verilən cavabda bildirilir ki, AQTA tərəfindən əhalinin təhlükəsiz qida məhsulları ilə təmin edilməsi, gələcək nəsillərin sağlamlığının qorunması istiqamətində mütəmadi olaraq tədbirlər həyata keçirilir: “Ölkədəki ümumitəhsil müəssisələrində qida təhlükəsizliyinin təmin edilməsi ən vacib məsələlərdən biri olduğundan yeni tədris ilində də Qida Təhlükəsizliyi Agentiliyi Təhsil Nazirliyi ilə birlikdə monitorinqləri davam etdirəcək. Nəzərinizə çatdıraq ki, ötən il Bakı şəhərində yerləşən 53 ümumi təhsil müəssisəsində ictimai iaşə xidmətlərinin göstərilməsi üçün nəzərdə tutulmuş bufetlərin cari vəziyyəti, müvafiq sahələrin mövcudluğu, zəruri avadanlıq və invertarlarla təminat və qida təhlükəsizliyi sahəsində texniki və normativ-hüquqi aktlardakı tələblərə riayət edilməsi vəziyyətinin qiymətləndirilməsi məqsədi ilə monitorinqlər həyata keçirilmiş və profilaktik tədbirlərin həyata keçirilməsi üçün Agentlik tərəfindən metodiki göstərişlər verilmiş, nəzarət tədbirlərinin gücləndirilməsi üçün zəruri tədbirlər görülmüşdür. Uşaq bağçaları və məktəblərdə uşaqlar üçün olan qida rasionunun hazırlanması ilə bağlı təklifləri Nazirlər Kabinetinə təqdim edib. Təklif olunan qida rasionunda uşaq bağçalarında və məktəblərdə yeniyetmə yaşına qədər olan uşaqların qidalanmasının necə olması qeyd edilib. Hökumət təklifləri təsdiq etdikdən sonra həmin qidaların nə qədər təhlükəsiz olduğuna baxılacaq. 2019-2020-ci tədris ilində də Qida Təhlükəsizliyi Agentiliyi Təhsil Nazirliyi ilə birlikdə məktəb bufetlərində monitorinqləri davam etdirəcək, profilaktik tədbirlər həyata keçiriləcək ki, bufetlərdə məktəblilər təhlükəsiz qida məhsulları ilə təmin edilsin. Eyni zamanda Qida Təhlükəsizliyi Agentliyi tərəfindən reallaşdırılan “Sağlam məktəbli” layihəsi çərçivəsində yeni tədris ilində məktəblilər arasında maarifləndirmə tədbirləri davam etdiriləcək. Şagirdlərlə keçirilən görüşlərdə onlara təhlükəsiz qida anlayışı təbliğ ediləcək, sağlam qida vərdişlərinin aşılanması üçün zəruri məlumatlar veriləcək".

İmtahan, arxiv şəkli - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Ayrı-seçkilik, yaxud yerində edilən təklif: Onlar təhsil haqqından azad edilməlidirlərmi?

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasının Qidalanma və kommunal gigiyena kafedrasının müdiri İbrahim Əhmədov deyir ki, məktəb bufetlərinə nəzarətin gücləndirilməsi şərtdir. İ. Əhmədov Sputnik Azərbaycan-ın əməkdaşı ilə söhbətində bildirib ki, məktəb yaşlı uşaqların qidalanmasına məktəbdə də nəzarət olunmalıdır: “Bu gün əksər məktəblərdə isti yeməklər verilmədiyindən, şagirdlər fast-fud qidalanmaya üstünlük verir. Bəzən valideynlər övladlarının çantasına evdə hazırladıqları yeməklərdən qoysalar da, məktəb bufetindən alış-veriş edən məktəblilər də az deyil. Məktəblərin bufetlərində son illər satılan qidaların çeşidinə nəzarət edilir. Əsas problem qidaların saxlanılması ilə bağlıdır. Məsələn, kolbasadan hazırlanan buterbrodun şagirdlərə satılmasını yasaqlamaq düzgün deyil. Hər bir valideyn evində də uşağına kolbasa çörək verir. Sadəcə olaraq bufetdə bu qida satıldıqda onun saxlanma şəriatinə və vaxtına əməl edilmir. Kolbasa uzun müddət çörəyin arasında qaldıqda, çörəyin nişastası nəmişlik yaradır, bakteriyanın inkişafı üçün münbit şərait yaranır. Kolbasa çörəyin arasında ən çox üç saat müddətində saxlanıla bilər. Bəzən bufet satıcıları buterbrodu axşamdan hazırladıqlarından saxlanma müddətinə əməl etmirlər. Bu da uşaqların səhhətində ciddi problemlər yarada bilər”.

İ.Əhmədov deyir ki, məktəb yaşlı uşaqlara məktəb bufetlərində meyvə və süd məhsullarının satılması daha yaxşı olardı. Onun sözlərinə görə,uşaqlar aludəçilik yaratmayacaq həddə şirniyyat yeyə bilərlər: “Bəzən  deyirlər ki, uşağa şirniyyat ümumiyyətlə vermək olmaz. Bu doğru yanaşma deyil. Uşağın mədəaltı vəzi elə vəziyyətdədir ki, şəkərli qidalara mane yaratmır. Amma şirniyyat uşağa aludəçilik yaradacaq həddə  verilməməlidir. Uşaqların qidalanmasında əsasən karbohidrat və zülal tərkibli qidalara yer ayırmaq daha məqsədəuyğundur. Əgər valideyn uşağınızın məktəbdə sağlam qidalanmasını istəyirsə, özünün evdə hazırladığı kotleti çörək arasına qoyaraq buderbrod düzəldərək çantaya qoyması daha məsləhlidir”.

İmatahının nəticələrini izləyən şəxslər, arxiv şəkli - Sputnik Azərbaycan
ELM
Peşə təhsili müəssisələrinə sənəd qəbulunun nəticələri açıqlanıb

K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru Nəsib Quliyev  isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, məktəblərdə uşaqların qidalanması üçün maksimum əlverişli şərait yaradılmalıdır. N. Quliyevin sözlərinə görə,məktəb bufetlərində qidaların satışı ilə bağlı sənədləşmələr aparılıb və metodik təlimat hazırlanıb. Baş pediatr bildirib ki, qalır bufetlərdə uşaq sağlamlığına zərərli qidaların satılmaması üçün nəzarəti gücləndirmək. Həmsöhbətimiz bildirib ki, şagirdlərin məktəbdə olduğu müddətdə sağlam qidalanması üçün onları zərərli fast-fud qidalardan uzaq tutmaq lazımdır. Baş pediatr deyib ki, məktəblilərin qidalanmasında konservləşdirilmiş qida məhsullarından uzaq durmaq lazımdır.

Qeyd edək ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki,  kremli şirniyyat məmulatları (piroq və tortlar), ev şəraitində hazırlanmış qatıq, göbələk və ondan hazırlanan məhsullar, saqqız, çips, qayğanaq və energetik içkilərin ümumi təhsil və peşə təhsili müəssisələrində uşaq və yeniyetmələrin qidalanması zamanı istifadəsi qadağandır: “Təhsil müəssisələrində iaşə xidməti Nazirlər Kabinetinin “Təhsil müəssisəsində iaşə və tibb xidmətinin təşkili Qaydası və Normalarının təsdiq edilməsi haqqında” Qərarına, “Təhsil müəssisələrində təhsil və tərbiyə alanların qidalanması üzrə Dövlət Standartı”na və “Təhsil müəssisələrinin tikintisinə, maddi-texniki təchizatına dair vahid normalar, ümumi sanitariya-gigiyena tələbləri, şagird yerləri ilə təminat normativlərinin təsdiq edilməsi haqqında” Qərarına uyğun norma və qaydalara əsasən aparılır və daim nəzarətdə saxlanılır. Müvafiq qaydaların tələbləri əsas götürülməklə, bir sıra məktəblərdə şagird və müəllimlərə isti yeməklər də təklif olunur. Məktəbin bufetinin sahəsi və maddi-texniki bazası imkan verdiyi halda isti yeməklər verilən təhsil müəssisələrinin sayı artırıla bilər. “Təhsil haqqında” Qanunun 28.2. bəndinə əsasən təhsil müəssisələrində iaşə xidməti təhsil müəssisəsi ilə iaşə xidməti göstərən hüquqi və fiziki şəxslər arasında bağlanan müqavilə əsasında həyata keçirilir. Bu işdə uzun müddət təcrübəsi olan hüquqi və fiziki şəxslər ilə bağlanan birbaşa müqavilələr əsasında təhsil müəssisələrində iaşə xidməti göstərilir”. 

Xəbər lenti
0