03:52 18 Sentyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0266
  • EUR1.8722
Tanınmış aparıcı Sona Rəsulova, arxiv şəkli

Tanınmış aparıcı: "Məni elə vəziyyətdə yaxaladı ki, saçımı daramağa da imkanım olmadı"

© Instagram / sonic_sonitta
CƏMİYYƏT
Qısa URL
47 0 0

"Hər dəfə belə videolara gülüşlə baxırdım. Heç vaxt düşünməzdim ki, nə vaxtsa mənim də başıma belə hadisə gələr"

BAKI, 12 sentyabr — Sputnik. Tanınmış aparıcı Sona Rəsulova ikinci dəfə ailə həyatı qurmağa hazırlaşır.

Sputnik Azərbaycan xəbər verir ki, bu haqda o, sosial şəbəkədə məlumat yayıb. Sona bildirib ki, sevgilisi Türkiyədə istirahət zamanı ona evlilik təklifi edib:

"Hər dəfə belə videolara gülüşlə baxırdım. Heç vaxt düşünməzdim ki, nə vaxtsa mənim də başıma belə hadisə gələr. Dənizin ortasında sevdiyin insandan gözlənilməz evlilik təklifi almaq məni elə vəziyyətdə yaxaladı ki, saçımı daramağa belə imkanım olmadı. Əsas bu deyil. Ən əsası odur ki, mənim cavabım "hə" oldu. Sevgi möcüzələr yaradır, hər şeyə qadirdir, planlarımızı dəyişdirməyə qadirdir. Qısası, sevginin olması, qalib gəlməsi və yüksəklərə qaldırması gözəldir. Hər kəsə xoşbəxtlik və sevgi arzulayıram".

S.Rəsulovanın ərə gedəcəyi şəxs Türkiyə vətəndaşıdır.

Qeyd edək ki, Sonanın ilk həyat yoldaşı "Dəyirman" qrupunun solisti Elmir olub. Aparıcı hal-azırda "Media fm"də çalışır. O, fəaliyyəti dayandırılan ANS-də "Bala dili" və "Tutugildə" kimi proqramların aparıcısı kimi tanınıb.

Əsas mövzular