CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Paytaxtın bir neçə küçəsində rənglənmə işləri aparılacaq

© Azerbaijan Highway State AgencyRənglənmə işləri, arxiv şəkli
Rənglənmə işləri, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Sürücülərdən sözügedən küçələrdə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur

BAKI, 11 sentyabr — Sputnik. Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə bu gün axşam saatlarınadək Nərimanov rayonu, Aşıq Molla Cümə, Binəqədi rayonu Biləcəri qəsəbəsi, Natavan, Nəsimi rayonu, Əliyar Əliyev və Nizami rayonu İsmayıl Məmmədov küçələrində üfüqi nişanlanma xətlərinin çəkilməsi və yenidən rənglənməsi işləri aparılacaq. Bu barədə Sputnik Azərbaycan-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.

Qeyd edilib ki, bu üzdən sürücülərdən sözügedən küçələrdə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Xəbər lenti
0