CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bir problemə iki fərqli yanaşma və ya... Biri vardı, biri yoxdu

CC0 / igorovsyannykov / childrenUşaqlar, arxiv şəkli
Uşaqlar, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycanda orta təhsil icbaridir, amma o uşaqlar sənədləri olmadıqlarına görə məktəbə gedə bilməyəcəklər

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 7 sentyabr — Sputnik. Azərbaycanda sənədsiz uşaqlar təhsildən kənarda qalır. Belə bir bəyanatla Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə çıxış edib.

Şəxsiyyət vəsiqəsi, arxiv şəkli - Sputnik Azərbaycan
CƏMİYYƏT
Şəxsiyyət vəsiqəsi alanlar yeniliklə üzləşəcəklər

Bununla bağlı açıqlama verən K. Ağazadə bildirib ki, hazırda Azərbaycan Uşaqlar Birliyinin sığınacağında iki belə uşaq var: "Biz o uşaqların məktəbə göndərilməsi üçün çalışırıq. Buna mane olan səbəb də həmin uşaqların heç bir sənədinin olmamasıdır. Azərbaycanda orta təhsil icbaridir, amma o uşaqlar sənədləri olmadıqlarına görə məktəbə gedə bilməyəcəklər".

K. Ağazadə bildirib ki, Azərbaycanda sənədsiz uşaqlar təkcə Birliyin sığınacağında olan bu iki uşaq deyil. Ölkəmizdə sənədi olmadığına görə məktəbə gedə bilməyən xeyli sayda uşaq var.

Sputnik Azərbaycan sənədsiz uşaqların təhsildən kənar qalması mövzusunu araşdırıb.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq problemləri şöbəsinin böyük məsləhətçisi Pərviz Əliyev açıqlamasında bildirib ki, sənədsiz uşaqların təhsildən kənar qalması kütləvi xarakter daşımır. P. Əliyev belə uşaqların məktəb yaşına çatanadək sənədləşdirilmə işinin aparılmalı olduğunu söyləyir. Həmsöhbətimiz deyir ki, sənədi olmayan uşaqların sənədləşdirilməsi ciddi problem deyil: "Əgər uşaq dövlət uşaq müəssisəsindədirsə, valideyn himayəsindən mərhum olan uşaq kimi qeydiyyata düşübsə, həmin uşaq müəssisəsi uşağa sənəd alır. Hətta uşaq küçədən tapıldıqda belə, ona sənəd almaq mümkündür. Bu zaman hüquq-mühafizə orqanlarına müraciət etməklə uşağın doğulduğu ünvan dəqiqləşdirilir. Daha sonra həmin uşağın hansı tibb müəssisəsində dünyaya gəldiyi aydınlaşdırılır. Beləcə uşaq qeydiyyata alınaraq doğum haqqında şəhadətnamə və şəxsiyyət vəsiqəsi ilə təmin edilir".

P. Əliyevin sözlərinə görə, hətta evdə doğulmuş uşaqlara da sənəd almaq mümkündür: "Qanunvericilikdə bununla bağlı heç bir maneə yoxdur. Uşaq evdə doğulduqda qonşuların təsdiqi ilə məhkəmə yolu ilə uşağa sənəd almaq mümkündür. Uşaq Azərbaycanda, Azərbaycan vətəndaşı tərəfindən doğulubsa, onun sənədlə təmin olunması üçün aidiyyatı qurumlar əllərindən gələn köməyi edirlər. Sadəcə olaraq belə sənədsiz uşaqların müvafiq sənədlə təmin olunması üçün uşaq məktəb yaşına çatmamış müraciət etmək lazımdır. Belə halda hüquq-mühafizə orqanlarının köməkliyi ilə uşağın doğulduğu ünvanı müəyyən etmək, hətta valideynlərini də tapmaq olur".

Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin Qeydiyyat və Şəxsiyyət vəsiqəsi şöbəsinin rəisi, polis mayoru Jalə Nəsibova - Sputnik Azərbaycan
CƏMİYYƏT
Yeni şəxsiyyət vəsiqələrinin özəlliyi və köhnələrin taleyi necə olacaq — Rəis izah edir

P.Əliyev deyib ki, Komitə sənədsiz uşaqların sənədləşdirilməsi işini aparmır. Amma Komitəyə bununla bağlı hər hansı müraciət daxil olduqda, həmin şəxs uşağına sənəd alması üçün müvafiq qurumlara yönləndirilir.

K. Ağazadə isə bildirib ki, hazırda sığınacaqda sənədsiz olduğu üzündən təhsildən kənar qalan uşaqlardan biri qaraçı uşağıdır. Onun valideynlərinin tapılması mümkün deyil: "Sığınacaqda sənədsiz olan uşaqlardan birinin doğulduğu ünvanı, valideynlərini tapmaq üçün çox cəhd göstərmişik. Uşaq gah Yevlaxdan, gah da Ağstafadan olduğunu deyir. Hər iki rayona sorğu göndərsək də, uşaqla bağlı bir məlumat əldə edə bilməmişik. Hətta uşağın rəsmi elan kimi sosial şəbəkələrdə, televiziyada da verilib. Amma valideynləri tapılmır".

Komitənin böyük məsləhətçisi isə deyir ki, sığınacaqlar bu məsələdə dövlət uşaq müəssisələrinin təcrübəsindən istifadə edərək müvafiq qurumların köməyi ilə uşağa sənəd ala bilərlər.

Xəbər lenti
0