CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bir şərim olsun, xeyrim də içində: mindən çox sakin sevindi

© Sputnik / Irade JELILŞamaxının Aşıq Məmmədağa küçəsində 110 mənzilli binanın tikintisi
Şamaxının Aşıq Məmmədağa küçəsində 110 mənzilli binanın tikintisi  - Sputnik Azərbaycan
Abunə olmaq
Daha sonra jurnalistlər yeni tikilən fərdi evlərdə olub, sakinlərlə danışıblar

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 6 sentyabr — Sputnik. Zəlzələ baş verən rayonlarda inşa edilən evlərin keyfiyyəti ciddi nəzarətdə saxlanılır. Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Fövqəladə Hallar Nazirliyinin (FHN) zəlzələ bölgəsi üzrə ezam olunmuş nümayəndəsi Həsən Qasımzadə Şamaxıda zəlzələdən zərər çəkmiş sakinlər üçün tikilən evlərə baxış məqsədilə təşkil olunan press-tur zamanı jurnalistlərə bildirib.

O qeyd edib ki, zəlzələnin zərər vurduğu evlərə Nazirliyin mütəxəssislərindən ibarət 36 qrup tərəfindən baxış keçirilib. Zəlzələdən ziyan çəkmiş ərazilərdə bu günə kimi vətəndaşlar tərəfindən daxil olan müraciətlərə müvafiq komissiyalar tərəfindən baxılıb. Yaşayışın olmadığı evlərdə isə müraciətlərə baxmaq mümkün olmayıb:

© Sputnik / Irade JELILŞamaxıda zəlzələdən zərər çəkmiş sakinlər üçün tikilən bina
Bir şərim olsun, xeyrim də içində: mindən çox sakin sevindi - Sputnik Azərbaycan
Şamaxıda zəlzələdən zərər çəkmiş sakinlər üçün tikilən bina

"Komissiyanın rəyinə uyğun olaraq regionda 847 fərdi yaşayış evi qəzalı hesab edilib. Hal-hazırda tikintisi başa çatmış 251, tikintisi davam etdirilən 257 fərdi yaşayış evi var. Bərpaya ehtiyacı olan 2192 evdən bu günə kimi 1339-da bərpa işlərinə başlanılıb. 449 evdə isə bərpa işləri yekunlaşdırılıb. Yerdə qalanlarında isə bu istiqamətdə işlər davam etdirilir".

Həsən Qasımzadə bildirib ki, zəlzələ baş verən rayonlarda inşa edilən evlərin keyfiyyəti ciddi nəzarətdə saxlanılır. Onun sözlərinə görə, Nazirliyin regionda olan texniki qrupları Şamaxı, Ağsu və İsmayıllıda inşa edilən evlərin keyfiyyəti ilə maraqlanır: "Bu günə kimi yaşayış olan evlərdən bizə keyfiyyətlə bağlı heç bir şikayət olmayıb".

© Sputnik / Irade JELILŞamaxıda zəlzələdən sonra yarasız hala düşmüş ev
Bir şərim olsun, xeyrim də içində: mindən çox sakin sevindi - Sputnik Azərbaycan
Şamaxıda zəlzələdən sonra yarasız hala düşmüş ev

Xatırladaq ki, bu ilin fevral ayının 5-də Pirqulu stansiyasından 7 km cənubda, Ağsu ərazisində 4,4 bal gücündə zəlzələ qeydə alınıb. Həmin zəlzələ episentrdə 5 bala yaxın, ətraf rayonlarda 4,3 bala qədər hiss olunub. Həmin gün Pirqulu stansiyasından 9 km cənub-qərbdə, İsmayıllı ərazisində zəlzələ qeydə alınıb. Fevralın 9-da və 11-də də Pirqulu stansiyasından 8 və 9 km cənub-qərbdə və qərbdə yeraltı təkanlar baş verib.

Zəlzələ zamanı Şamaxı, Ağsu və İsmayıllıda dağıntılar qeydə alınıb. Ən çox zərər isə Şamaxı şəhərindəki evlərə dəyib.

Zəlzələdən sonra Şamaxıya səfər edərək vəziyyətlə yerindəcə tanış olan və zəlzələdən zərər çəkmiş sakinlərlə görüşən ölkə başçısı İlham Əliyev sakinlərə evlərinin bərpa ediləcəyini, bərpası mümkün olmayan evlərin isə yenidən tikiləcəyini bildirib.

© Sputnik / Irade JELILŞamaxıda zəlzələdən zərər çəkmiş sakinlər üçün tikilən ev
Bir şərim olsun, xeyrim də içində: mindən çox sakin sevindi - Sputnik Azərbaycan
Şamaxıda zəlzələdən zərər çəkmiş sakinlər üçün tikilən ev

Bundan sonra prezidentin göstərişi ilə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları rayona ezam edilib.

Hazırda Şamaxı şəhərinin 20 Yanvar küçəsində 44 mənzilli 4 mərtəbəli və 20 mənzilli 5 mərtəbəli binalar inşa olunur.

Sakinlər press-turda iştirak edən jurnalistlərlə görüşdə yeni tikilən mənzillərə görə, Prezident İlham Əliyevə və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya təşəkkür ediblər.

Evi yenidən tikilən Mehparə Bağırovanın sözlərinə görə, evi 1953-cü ildə inşa edilibmiş. Zəlzələdən sonra evi yararsız hala düşüb. O qeyd edib ki, Prezidentin tapşırığı ilə qəzalı vəziyyətə düşmüş ev sökülərək yenisi tikilib: "Əvvəl evimiz 2 otaq, 1 mətbəxdən ibarət idi. Yeni tikilən evimiz isə 4 otaq, 1 mətbəxdən ibarətdir. Bizim üçün lazım olan hər şeyi ediblər".

Şamaxı rayon sakini Ellada Süleymanova isə bildirib ki, zəlzələdən sonra evləri dağılıbmış. "Evdə yaşamaq mümkün deyildi. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın göstərişi və dəstəyi ilə evimiz yenidən tikilib. Evdə tikinti işləri yüksək səviyyədə aparılıb, yaşayış üçün bütün şərait yaradılıb".

© Sputnik / Irade JELILŞamaxı rayon sakini Ellada Süleymanova
Bir şərim olsun, xeyrim də içində: mindən çox sakin sevindi - Sputnik Azərbaycan
Şamaxı rayon sakini Ellada Süleymanova

Sonda KİV nümayəndələri Şamaxının Aşıq Məmmədağa küçəsində 110 mənzilli binanın tikintisi ilə də tanış olublar. Binanın oktyabrın sonuna qədər təhvil veriləcəyi gözlənilir.

Xatırladaq ki, Ağsu və İsmayıllıda zəlzələnin fəsadlarının aradan qaldırılması üçün işlər davam edir. Ağsuda 249 fərdi ev, İsmayıllıda 95 fərdi ev tikilir. Eyni zamanda Ağsuda 488 ev bərpa olunur ki, onlardan 162-si təhvil verilib. İsmayıllıda isə 337 ev bərpa olunur ki, onlardan da 110-u təhvil verilib.

Zəlzələdən zərər çəkmiş sakinlər üçün evlər Prezidentin tapşırığı, Heydər Əliyev Fondunun Regionlarda İnkişaf İctimai Birliyinin dəstəyi ilə inşa edilir.

Xəbər lenti
0