16:41 20 Oktyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0265
  • EUR1.8907
Atılmış uşaq, arxiv şəkli

Onlar yenə də isti qucaqdan, yuvadan məhrum oldular

CC0 / cherylholt / baby
CƏMİYYƏT
Qısa URL
277 0 0

Ötən il övladlığa götürülməsi barədə qərarları ləğv edilmiş uşaqların sayında artım qeydə alınıb

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 4 sentyabr — Sputnik. Ötən il övladlığa götürülməsi barədə qərarları ləğv edilmiş uşaqların sayı 67 olub. Sputnik Azərbaycan-ın xəbərinə görə, qərarları ləğv edilmiş bu uşaqlardan 25-i qız olub. Onlardan 4-ü beş yaşadək olan, 13-ü 6-10 yaşadək olan, 50-i isə 11-17 yaşadək olan uşaqlar olub.

Əsas diqqətedici məqam isə 13 il öncə ilə müqayisədə övladlığa götürülməsi barədə qərarları ləğv edilmiş belə uşaqların sayında artımın olmasıdır. Belə ki, 2005-ci ildə belə uşaqların sayı 56, 2010-cu ildə 59, 2015-ci ildə 66, 2016-cı ildə 63, 2017-ci ildə isə 58 olub.

Qeyd edək ki, ötən il övladlığa götürülən uşaqların sayı 751, 2017-ci ildə 877, 2016-cı ildə 773, 2015-ci ildə 805, 2010-cu ildə 798, 2005-ci ildə 803 olub.

Əsas mövzular