CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Onlar da nəvaziş istəyir: Valideyn qayğısından məhrum uşaqların sayı artıb

© Sputnik / Nigar IskanderovaSığınacağın körpə sakinləri
Sığınacağın körpə sakinləri - Sputnik Azərbaycan
Abunə olmaq
Son üç ildə valideynini itirmiş və valideyn himayəsindən məhrum olan uşaqların sayında artım qeydə alınıb

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 4 sentyabr — Sputnik. Bu il ərzində Azərbaycanda internat müəssisələrində təlim-tərbiyə alan valideynini itirmiş və valideyn himayəsindən məhrum olan uşaqların sayı 862 olub.

Li Lijuan - Sputnik Azərbaycan
"Yetimlər anası"nın fırıldaqlarının üstü açıldı

Sputnik Azərbaycan-ın xəbərinə görə, 2019-cu ilin əvvəlinədək olan məlumata əsasən, qeyd olunan rəqəmlər ötən ilin əvvəlinə aid rəqəmlərlə müqayisədə yüksək olub. Belə ki, ötən ilin əvvəlinə aid məlumata əsasən, internat müəssisələrində təlim-tərbiyə alan valideynini itirmiş və valideyn himayəsindən məhrum olan uşaqların sayı 737 olub. 2016-cı ildə isə bu rəqəm 602 olub.

Qeyd edək ki, cari ilə aid məlumata görə, internat müəssisələrində təlim-tərbiyə alan valideynini itirmiş və valideyn himayəsindən məhrum olan uşaqların 86-sı uşaq evlərində, 28-i sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi internat məktəblərində, 44-ü sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisələrində, 704-ü isə ümumi təhsil internat məktəblərində təlim-tərbiyə alır.

Xəbər lenti
0