CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda vandalizm: avtobusun şüşəsini sındırdılar

CC0 / Baejaka / glassSındırılmış pəncərə şüşəsi, arxiv şəkli
Sındırılmış pəncərə şüşəsi, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
21 nömrəli marşrut xətti üzrə metronun "28 May" stansiyasının qarşısından "Əhmədli" stansiyası istiqamətində hərəkət edən avtobusa yolun kənarındakı ağacların arasından naməlum şəxslər tərəfindən ağır əşya atılıb

BAKI, 3 sentyabr — Sputnik. "BakuBus" MMC-yə məxsus avtobusun pəncərə şüşəsi naməlum şəxslər tərəfindən sındırılıb.

88 nömrəli müntəzəm marşrut xətti üzrə BakuBus MMC-yə məxsus müasir və komfortlu avtobuslar - Sputnik Azərbaycan
HADİSƏ
"BakuBus"un avtobusu qəzaya uğradı - VİDEO

Bu barədə Sputnik Azərbaycan-a "BakuBus" MMC-dən məlumat verilib. Məlumatda bildirilir ki, hadisə 02.09.2019-cu il tarixində saat 20 radələrində Gəncə prospektində qeydə alınıb. Belə ki, 21 nömrəli marşrut xətti üzrə metronun "28 May" stansiyasının qarşısından "Əhmədli" stansiyası istiqamətində hərəkət edən avtobusa yolun kənarındakı ağacların arasından naməlum şəxslər tərəfindən ağır əşya atılıb. Həmin əşya avtobusun pəncərəsinə dəyib və zərbənin gücündən şüşə sınıb. Hadisə ilə bağlı Bakı şəhəri Xətai rayon 35-ci Polis Bölməsində araşdırma başlanıb.

Xəbər lenti
0