CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda Milli Qəhrəman Albert Aqarunovun heykəli ucaldılır

© Photo : OXUBakıda Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun heykəli ucaldılır
Bakıda Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun heykəli ucaldılır - Sputnik Azərbaycan
Abunə olmaq
Heykəl Nərimanov rayonunda milli qəhrəmanın adını daşıyan küçədə ucaldılır

BAKI, 3 sentyabr — Sputnik. Bakıda Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsini əbədiləşdirmək məqsədilə heykəli ucaldılır.

Milli Qəhrəman Çingiz Mustafayevin qəbri - Sputnik Azərbaycan
Düz 27 il əvvəl məşhur telereportyor həyatını itirdi və vətəninə milli qəhrəman qazandırdı

Sputnik Azərbaycan bildirir ki, bu barədə APA-ya Bakı Şəhər İcra Hakmiyyətinin mətbuat xidmətinin rəhbəri İsrafil Kərimov məlumat verib.

Onun sözlərinə görə, heykəl Nərimanov rayonunda milli qəhrəmanın adını daşıyan küçədə ucaldılır: “Hazırda heykəlin quraşdırılma işləri gedir”.

Qeyd edək ki, bir müddət öncə Azərbaycan Dağ Yəhudiləri Dini İcmasının rəhbəri Milix Yevdayev paytaxtımızda Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun adının əbədiləşdirilməsi üçün Bakı Şəhəri İcra Hakimiyyətinə müraciət etmişdi.

Xəbər lenti
0