CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda kanalizasiya kollektorunda qəza baş verib

© © AAYDA-nin mətbuat xidmətiNatavan küçəsində (Biləcəri əyləncə parkının yaxınlığı) yolun altından keçən və "Azərsu" ASC-yə məxsus kanalizasiya kollektorunda qəza baş verib
Natavan küçəsində (Biləcəri əyləncə parkının yaxınlığı) yolun altından keçən və Azərsu ASC-yə məxsus kanalizasiya kollektorunda qəza baş verib - Sputnik Azərbaycan
Abunə olmaq
Sürücülərdən qeyd olunan ünvanda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur

BAKI, 3 sentyabr — Sputnik. Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi Natavan küçəsində (Biləcəri əyləncə parkının yaxınlığı) yolun altından keçən və "Azərsu" ASC-yə məxsus kanalizasiya kollektorunda qəza baş verib.

Bu barədə Sputnik Azərbaycan-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.

Qeyd edilib ki, nəticədə yolun həmin hissəsində asfalt-beton örtükdə dağılmalar və çökmə qeydə alınıb. Baş vermiş qəzanın aradan qaldırılması üçün sözügedən qurumun əməkdaşları tərəfindən ərazidə qazıntı-bərpa işləri aparılır.

Sürücülərdən qeyd olunan ünvanda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Xəbər lenti
0