CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda helikopter satılır - 100 min manata

© Sputnik / Sergey Pivovarov / Mediabanka keçid "Mİ-8" helikopteri, arxiv şəkli
 Mİ-8 helikopteri, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
"Mİ-8 MTV1" helikopter planeri hazırkı texniki vəziyyətinə görə istismar üçün yararsızdır

BAKI, 2 sentyabr — Sputnik. Azərbaycanda "Mİ-8 MTV12 helikopteri hərraca çıxarılacaq.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Əmlak Məsələləri Dövlət Komitəsinin yaydığı məlumatda bildirilib.

Helikopter 1991-ci ildə istehsal olunub. O, "Azərbaycan Hava Yolları" QSC-yə aiddir. Bu hava nəqliyyatı vasitəsinin start qiyməti 100 min manat olacaq.

Qeyd edək ki, "Mİ-8 MTV1" helikopter planeri hazırkı texniki vəziyyətinə görə istismar üçün yararsızdır.

Hərrac oktyabr ayının 1-də keçiriləcək.

Xəbər lenti
0