CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Əlavə yerləşdirmə üzrə vakansiya seçimi başa çatıb

© AR Ministry of Education Müəllimlərin işə qəbulu
Müəllimlərin işə qəbulu - Sputnik Azərbaycan
Abunə olmaq
Vakant yer tutmuş namizədlərin şəxsi səhifələrinə müsahibə mərhələsi barədə tezliklə məlumat göndəriləcək

BAKI, 30 avqust — Sputnik. Müəllimlərin işə qəbulu müsabiqəsinin əlavə yerləşdirmə üzrə vakansiya seçimi başa çatıb.

Məktəbəhazırlıq qrupu - Sputnik Azərbaycan
CƏMİYYƏT
Paytaxtda müəllimlərə xüsusi dərs keçiləcək
  Sputnik Azərbaycan Təhsil Nazirliyinin məlumatına istinadla xəbər verir ki, 5 190 namizəd elektron ərizəsini təsdiq edərək bu mərhələdə iştirak edib. Ərizəsini təsdiq etmiş şəxslərin elektron yerləşdirilməsinin nəticələri barədə məlumat namizədlərin şəxsi səhifələrinə göndərilib.

Elektron yerləşdirilmə zamanı vakant yer tutmaq hüququ qazanmış namizədlərlə müsahibə mərhələsi keçiriləcək. Müsahibə zamanı uğur qazanmış namizədlər müddətsiz müqavilə ilə işə qəbul ediləcəklər. Vakant yer tutmuş namizədlərin şəxsi səhifələrinə müsahibə mərhələsi barədə tezliklə məlumat göndəriləcək.

Xəbər lenti
0